Dənizkənarı Bulvar İdarəsi 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirir

"Dövlət bayrağının Azərbaycanın müasir dövlətçilik tarixində rolu və təbliğat istiqamətləri" mövzusunda elmi seminar təşkil olunub
Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirir. BiG.AZ-ın məlumatına görə, Bakı Biznes Mərkəzində "Dövlət bayrağının Azərbaycanın müasir dövlətçilik tarixində rolu və təbliğat istiqamətləri" mövzusunda elmi seminar təşkil olunub.

Tədbirdə Dövlət Bulvar İdarəsinin rəisi İlqar Mustafayev Azərbaycanın müstəqillik rəmzi olan dövlət bayrağının yaranması tarixindən danışıb. O, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə təsis edildiyini diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində AXC-nin bayrağının qaldırıldığını xatırladan natiq bununla da üçrəngli bayrağımızın yenidən həyata vəsiqə qazandığını deyib. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis 9 noyabr tarixini Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib: "Azərbaycanın dövlət bayrağının təbliğinin daim diqqətdə saxlanılması hər bir vətəndaşın borcudur. Ölkəmizdə dövlət rəmzlərinin təbliği gənclərin vətənpərvər ruhda tərbiyə olunması üçün çox əhəmiyyətlidir".

İlqar Mustafayev bildirib ki, rəhbərlik etdiyi qurumun 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə keçirdiyi tədbirlər Azərbaycan dövlət bayrağının müasir cəmiyyətdə yeri və rolu, onun mənəvi, siyasi, ideoloji əhəmiyyəti və dövlət rəmzlərinin gənc nəslin formalaşdırılmasında təbliğinə həsr olunub. Bu tədbirlər gənclər arasında vətənpərvərlik hisslərinin və milli mənəvi dəyərlərin qorunmasında, eyni zamanda, tədris müəssisələrində dövlət rəmzlərinin təbliğində xüsusi rol oynayır.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov qeyd edib ki, Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarındandır: "Xalqımızın çoxəsrlik tarixi var. Ermənilər isə nəinki Qafqaza, hətta Asiya qitəsinə də gəlmədirlər. Onların Cənubi Qafqazda məskunlaşmaları çar Rusiyasının köçürmə siyasəti ilə bağlıdır. Cənubi Qafqazda erməni dövləti Azərbaycan torpaqlarında yaradılıb".

Dövlət Bayrağı Günü münasibətilə iştirakçıları təbrik edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu əlamətdar günün əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycan müsəlman Şərqində ilk demokratik respublikalı dünyəvi dövlət qurub: "Bu respublika ölkəmizin çoxəsrlik tarixi inkişafının, milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi. Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da AXC hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprelinədək dövlət statusuna malik olub. Müstəqilliyimizin əsas atributlarından olan həmin üçrəngli bayraq məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunub. Sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı elan edilib. Prezident İlham Əliyevin Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib".

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək onu dövlət bayrağı elan edib. Başımızın üstündə dalğalanan həmin üçrəngli bayraq, milli suverenliyimizin simvolu kimi, ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Bu bayraq milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Nazir müavini vurğulayıb ki, Azərbaycanın dövlət rəmzləri tədris materiallarında geniş əksini tapıb. Belə ki, təhsilin bütün pillələrində, o cümlədən orta ixtisas və ali təhsil müəssisələrində dövlət rəmzlərinin tədrisinə xüsusi diqqət verilir: "Biz istəyirik ki, gənclər vətənpərvər ruhda tərbiyə olunsunlar. Bayrağımız dalğalananda onlar bunu qəlbləri və nəbzləri ilə hiss etsinlər. Biz bunun üçün birgə çalışmalıyıq".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Dövlət Bayrağı Gününün əhəmiyyətindən, onun geniş təbliğinin gənclərdə vətənpərvərlik duyğularının dərinləşməsinə müsbət təsirindən danışıb. Onun sözlərinə görə, bu gün gənclərimiz qürur mənbəyimiz olan dövlət bayrağını ən mötəbər tədbirlərdə yüksəklərə qaldıraraq Azərbaycan xalqının milli mənəviyyatını, sarsılmaz qüdrətini bir daha bütün dünyada nümayiş etdirirlər.

Sonra Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin "Bayrağımız, varlığımız, bəxtiyarımız", AMEA Tarix İnstitutu direktorunun müavinləri Cəbi Bəhramovun "Dövlət bayrağı - müstəqil Azərbaycan dövlətinin əsas atributlarından biri kimi", Tofiq Nəcəflinin "Azərbaycan Səfəvi dövlətinin bayraqları haqqında", Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədovanın "Azərbaycan xalqının siyasi iradəsinin ifadəsində dövlət bayrağının əhəmiyyəti", Dövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Könül İmamverdiyevanın "Dövlət bayrağının təbliğ olunmasında Dövlət Bayrağı Muzeyinin rolu" mövzularında məruzələri dinlənilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, alimlər, tədqiqatçılar, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Dənizkənarı Bulvar İdarəsi 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirirDənizkənarı Bulvar İdarəsi 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirirDənizkənarı Bulvar İdarəsi 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirir


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 897   Tarix: 07 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

11 ildən sonra ilk tənəzzül - Böyük Britaniya

Böyük Britaniya iqtisadiyyatı tarixinin ən böyük iqtisadi tənəzzülünü aprel-iyun aylarında yaşayıb. BBC xəbər verir ki, ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər rəsmi olaraq tənəzzülə yol açıb. Britaniya iqtisadiyyatı ilin ilk üç ayı ilə müqayisədə, 20,4 faiz kiçilib

12.08.2020 700
.

ŞAD XƏBƏR: Bu şəxslərə MÜAVİNƏT TƏYİN OLUNDU

Bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 23 min şəxsə yaşa görə müavinət təyin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən -a verilən məlumata görə, bununla həmin vətəndaşlar əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərin

11.09.2020 3286
.

Arılar kütləvi şəkildə ölür - DÜNYANIN SONU YAXINLAŞIR - VİDEO

Böyük alim Albert Eynşteyn vaxtilə vurğulayıb ki, planetimizdə arılar yox olduğu zaman dünyanın sonu çatacaq. İnsanlar arılar olmadan cəmi 4 il yaşaya bilərlər. O, həmişə bəşəriyyətin Yer kürəsindəki bütün bal arılarını məhv etməklə özünü məhv edəcəyindən qorxub. BİG.AZ-ın -ya istinadən verdiyi xəbər

22.06.2020 7696
.

Bakıda ekspres avtobus xətlərinin iş qrafiki dəyişdirildi

Bakıda sərnişinlərin rahatlığını təmin etmək məqsədilə ekspres xətlərin iş qrafiki dəyişdirilib. Bakı Nəqliyyat Ağentliyindən (BNA) -a verilən məlumata götə, gündəlik sərnişin axını, daha çox sərnişin tələbatı olan istiqamətlər, tələbatın günün saatlarına uyğun dəyişməsi ilə bağlı vəziyyət təhlil olunur

08.07.2020 1386
.

Bakıda kişi iki azyaşlı uşaqla küçədə dilənir: "İmkanım yoxdur, saxlaya bilmirəm" - VİDEO

Bakıda kişi iki azyaşlı uşaq ilə yol kənarında dillənir. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlar Nəsimi rayonu, Xutor qəsəbəsi kimi tanınan ərazidə, yanacaq doldurma məntəqəsi ilə üzbəüz yolda lentə alınıb. Uşaqlardan biri kişinin qucağında, digəri beton üzərinə uzadılıb. Görüntülərd

27.08.2020 1036
.

Çimərliklərə giriş qadağandır? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi səbəb gətirilərək çimərliklərə girişin qadağan olunduğu ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədo

07.08.2020 2799
.

DİN sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti iştirakçılarına müraciət edib. DİN-dən BİG.AZ-a verilən məlumatda bildirilir: . "Sentyabrın 28-i saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub və Bakı şəhəri daxil olmaqla ölkənin 22 inzibati ərazisində saat 21:00-da

03.10.2020 2079
.

Emin Ağalarov övladları ilə ƏYLƏNCƏLİ ANLARINI paylaşdı - FOTO

Xalq artisti Emin Ağalarov "İnstagram" hesabında yeni foto paylaşıb. xəbər verir ki, həmin foto da Eminin əkizləri və Əminə yer alıb. Əyləncəli anlarını çəkən Eminin bu fotosu olduqca maraqla qarşılanıb. Fidan Bayramova

09.09.2020 3394
.

Gəncədə yaşayan Abbas Bağırov xalqa ÇAĞIRIŞ ETDİ - FOTOLAR

Müğənni Abbas Bağırovdan xəbər var. xəbər verir ki, hazırda Gəncədə yaşayan əməkdar artist "İnstagram" səhifəsində erməni vandllarının oktyabrın 10-da törətdiyi Gəncə hadisələri ilə bağlı paylaşım edib. Müğənni paylaşımına belə şərh yazıb:. "Azərbaycanın döyüş nöqtələrində və dinc əhalini

12.10.2020 3727