Aparıcı efirdə işlətdiyi sözlərə görə həbs olundu - Ərə getmədən hamilə qalmaq... - FOTO

Aparıcı efirdə işlətdiyi sözlərə görə həbs olundu - Ərə getmədən hamilə qalmaq... - FOTO

Tanınmış aparıcı efirdə işlətdiyi ifadələrə görə 3 il müddətinə azadlıqdan məhrum edilib.

BiG.AZ milli.az-a istinadla xəbər verir ki, Misirin tanınmış aparıcısı efirdə evlilikdən öncə hamilə qalmağı təbliğ etdiyinə görə işindən uzaqlaşdırılıb və 3 illik həbs cəzası alıb.

"Al-Nahar" kanalının aparıcısı Doaa Salah aparıcılıq etdiyi verilişə hamilə paltarında çıxıb və əxlaqsızlığı təbliğ edib. O, ailə qurmadan uşaq dünyaya gətirməyin düzgün olduğunu söyləyib.

"Qadın ərə gedir və çoxu bir müddət sonra boşanır. O, ərindən boşandığı zaman tək qalır və təkbaşına analıq edir. Bundansa ərə getmədən hamilə qalmaq yaxşı deyil?!"

Efirdə bu sözləri işlədən aparıcı dərhal işdən qovulub. Ölkədə kəskin şəkildə qınanılan aparıcı həbs olunub.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 3970 Tarix: 05.11.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər