Nigar Camal həbs edilən Fədayə Laçından danışdı: "Avtoritet sevgiliyə görə..."

Nigar Camal həbs edilən Fədayə Laçından danışdı: "Avtoritet sevgiliyə görə..."

Müğənni Nigar Camal həbs edilən həmkarı, avtoritetlərin qaçmasında köməklik göstərən Fədayə Laçının həbs xəbərinə münasibət bildirib.

BiG.AZ xəbər verir ki, müğənni publika.az-a müsahiəsi zamanı F.Laçının həbsindən xəbərsiz olduğunu bildirib.

Nigar Camalla müsahibədən kiçik bir hissəni təqdim edirik:

- Son günlər gündəmdə olan mövzu Fədayə Laçının avtoritetlə eşq macərası və "Qoca" ləqəbli sevgilisinin ölümlə nəticələnən həbsdən qaçışıdır...

- Kimin?

- Deməyin ki, Fədayə Laçını tanımırsınız...

- Ona nə olub ki?

- Həbsdən qaçan sevgilisinə kömək etdiyinə görə həbs edilib.

- Doğrudan? Mənim bundan xəbərim yox idi...

- Sizcə, sevgiyə görə özünü oda-alova atmaq olar? Siz buna cəsarət edərdiniz?

- Baxır hansı sevgilidir. Amma onu deyim ki, avtoritet deyiləm (gülür).

- Bəs avtoritet biri ilə sevgili olarsınız?

- Bilirsiniz mənim üçün sevgi çox önəmlidir. Ona görə mən də sənətimi qurban verərdim. Rəfiqələrimdən soruşsanız onlar da yerimə eyni cavabı verər. Məni çox yaxşı tanıyırlar.
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 5003 Tarix: 04.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Anhel
Anhel 12.11.2017
Awk sevipte kaybetmekmi...