Kamil Zeynallı "Qarabağ"ın təyyarəsinə buraxılmamağı xəbərindən danışdı: "Bakıya qayıdacam..."

Kamil Zeynallı "Qarabağ"ın təyyarəsinə buraxılmamağı xəbərindən danışdı: "Bakıya qayıdacam..."

Tanınmış ifaçə Gülay Zeynallının həyat yoldaşı olan idmançı Kamil Zeynallı "Qarabağ"ın təyyarəsində söyüş söydüyünə görə gündəmə gəlmişdi. Bu gün isə idmançının təyyarədə söyüş söydüyünə görə "Qarabağ" futbol komandasının təyyarəsinə buraxılmadığı xəbərləri yayılıb.

Bu barədə BiG.AZ-a danışan Kamil Zeynallı bu xəbərləri təkzib edib. O qeyd edib ki, digər futbol komandalarının İstanbulda qarşılaşmasına qatıldığı üçün "Qarabağ"ın təyyarəsi ilə vətənə qayıtmayıb: "Deyilən kimi təyyarəyə buraxılmamaq kimi bir hadisə baş verməyib. Bakıya gəlsəydim yol uzaq olacaqdı. 6 saat Bakıya gələcəkdim təzədən 3 saat İstanbulla qayıtsaydım 9 saat yollarda qalacaqdım. Madriddən Türkiyəyə 3 saatlıq yoldu yolum uzanmasın deyə Azərbaycanda biletimi elə aldım. Axşam "Beşiktaş" "Manako" oyununa baxıb səhərisi gündə Bakıya qayıdacam".

Maira Namazova
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 3267 Tarix: 01.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ULUSH
ULUSH 01.11.2017
Zehlem gedir bundan bedeni kimi ozu de daniwigi da kobuddu