Türk kanalı "Qarabağ"la bağlı qalmaqallı məqalə yazan jurnalisti qınadı (VİDEO)

Türk kanalı "Qarabağ"la bağlı qalmaqallı məqalə yazan jurnalisti qınadı (VİDEO)

Türkiyənin məşhur "Bəyaz" televiziya kanalında "Qarabağ"-"Atletiko" görüşündəki xoreoqrafiya müzakirə edilib.

BiG.AZ axar.az-a istinadən xəbər verir ki, "Bəyaz Futbol" verlişində "Sabah" qəzetinin yayımladığı məlum yazıdan təəssüflə söz açılıb və bunun qəzet və yazar adına yaraşmadığı bildirilib.

Həmçinin qeyd edilib ki, Türkiyənin Çempionlar Liqasında 2 klubu var ki, biri "Beşiktaş", digəri də "Qarabağ"dır.

Xatırladaq ki, “Qarabağ” - “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakatla bağlı "Sabah” qəzeti “Əzik xoreoqrafiya” başlığı ilə xəbər yayımlamışdı. Xəbərin müəllifi Mövlud Tezel adlı köşə yazarıdı. Bu yazı həm Azərbaycanda, həm də Türkiyədə böyük etiraza səbəb oldu və müəllif və qəzet tənqid edildi. Daha sonra isə "Sabah" xəbəri sildi, müəllif isə Azərbaycan xalqından üzr istədi.

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1502 Tarix: 22.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol