Qazaxıstanda 13 Azərbaycan vətəndaşı saxlanıldı

Qazaxıstanda 13 Azərbaycan vətəndaşı saxlanıldı

Qazaxıstanın Miqrasiya Xidiməti tərəfindən aparılan əməliyyat nəticəsində tikintidə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 13 Azərbaycan vətəndaşı saxlanılıb.

BiG.AZ report-a istinadən xəbər verir ki, yoxlama zamanı həmçinin onların Şimali Qazaxıstan vilayətində qeydiyyatsız yaşadıqları ortaya çıxıb.
Belə olan halda Azərbaycan vətəndaşları Qazaxıstan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-ci maddəsinin eyni anda iki hissəsi üzrə qanun pozuntusuna yol vermiş olublar.
Faktla bağlı inzibati protokol tərtib edilib. Toplanan materiallar məhkəməyə göndəriləcək. Orada həm işçilərin, həm də işverənlərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılacaq.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 679 Tarix: 22.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
CCCP
CCCP 22.10.2017
Bu xeberi iwiqlandiran muellif esl azeri ogludur. var ol. indi qoy hami oxusunki biz bir parca coreye gore uzaq olkelerde zulm cekirik
cangudan007
cangudan007 22.10.2017
Yazig millet neynesin registrasiya patente qoyublar atalarinin qanunlarini camaat surunur bir aya sened yiginca.
☆☆☆☆