Sabirabadda "Kamaz" aşdı

Sabirabadda "Kamaz" aşdı

Sabirabadda yük maşınının aşması nəticəsində sürücü xəsarət alıb.

BiG.AZ report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.
Hacıqabul sakini, 30 yaşlı Pərviz Hidayət oğlu Talıbov idarə etdiyi “Kamaz” markalı yük maşını ilə magistral yolda hərəkətdə olarkən anidən idarəetməni itirib, maşın yolun kənarına aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 475 Tarix: 22.10.2017


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər