Prezident mükafatları artırılır - Ayda 500 manat

Prezident mükafatları artırılır - Ayda 500 manat

Azərbaycanın incəsənət xadimləri üçün hər biri ayda 500 manat olmaqla Prezidentin 130 mükafatı təsis edilib.

BiG.AZ modern.az-a istinadən xəbər verir ki, bu mükafatların sayı gələn il 150-yə çatdırılacaq. “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində belə qeyd edilib.

Prezident mükafatlarının sayı 2018-ci ildə 150 mükafat müəyyən edilməklə maliyyə təminatına tələb olunan vəsait Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi üçün proqnozlaşdırılıb.

Qaynarinfo.Az
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4217 Tarix: 21.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 21.10.2017
ela :) layiq olana qismet olsun
Profil bağlıdır