Mübahisə etdi, həmyerlisini ürəyindən bıçaqladı: 15 yaşlı yeniyetmənin CİNAYƏTİ

Mübahisə etdi, həmyerlisini ürəyindən bıçaqladı: 15 yaşlı yeniyetmənin CİNAYƏTİ

Xəbər verdiyimiz kimi, Şəmkir rayonun Zəyəm qəsəbə sakini, 1989 Məmmədov Tural Ramiz oğlu bıçaq xəsarətləri ilə Şəmkir Rayon Xəstəxanasına çatdırılsa da, onun öldüyü məlum olub. T.Məmmədov mübahisə zəminində həmyerlisi, 15 yaşlı yeniyetmə tərəfindən ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

BiG.AZ xəbər verir ki, artıq Daxili İşlər Nazirliyi sözügedən yeniyetmə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, oktyabrın 20-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində naməlum şəxs qəsəbə sakini Tural Məmmədova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.

T.Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi olan bir yeniyetmə tutulub.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 554 Tarix: 21.10.2017


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər