Azərbaycanda məktəbli itkin düşdü

Azərbaycanda məktəbli itkin düşdü

Xaçmaz şəhərində məktəb şagirdi itkin düşüb.

Xaçmaz şəhər 5 saylı məktəbin 6-cı sinif şagirdi 2006-cı il təvəllüdlü Daşdəmirov Ramin Mənsur oğlu məktəbdən çıxdıqdan sonra evə getməyib. Onun valideynləri uşağın itkin düşməsi barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat veriblər.

Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən uşağın tapılması istiqamətində əməlıyyat-axtarış tədbirləri aparılır.(APA)
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 695 Tarix: 20.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol