Memar Bakıdan danışdı : "Bakı simasını itirib..." - AÇIQLAMA

Memar Bakıdan danışdı : "Bakı simasını itirib..." - AÇIQLAMA"Bakıda tarixi şəhər adına heç nə qalmayıb".

BiG.AZ xəbər verir ki, bu sözləri modern.az-a əməkdar memar, "Bakı şəhərinin Ərazidən istifadə və Zonalaşdırma Planı/Baş plan layihəsi"nin məsləhətçisi Feyzulla Quliyev bildirib.

Bakı öz simasını itirib...

Əməkdar memar deyib ki, yeni tikililər şəhərin mühiti ilə vəhdət təşkil etmir:

"Mövcud şəhərlər, müasir şəhərlər və tarixi şəhərlər var. Məsələn, Bakı haqqqında tarixi şəhər dedikdə, onun mərkəzi hissəsi nəzərdə tutulur. Məsələn, biri "8-ci kilometr"də yaşayır. Soruşanda hara gedirsən? Deyir "şəhərə". Şəhər dedikdə, mərkəzi hissəni nəzərdə tutur. Az-çox mərkəzdə şəhər mühiti var. Amma "8-ci kilometr"də şəhər mühiti yoxdur. Ona görə də ilk növbədə şəhər mühitini qoruyub saxlamalıyıq. Adət-ənənələrimiz kimi, tarixi-memarlıq abidələrimizi qorumalıyıq. Biz memarlar da şəhərin mərkəzi hissəsində hündür binaların ucaldılmasından narahatıq. Onların heç biri tarixlə vəhdət təşkil etmir. Tarixi binanın yanında hündür bina ucaldırlar. Nəyə əsasən? Axı o binalar bir-birini tamamlamalıdır. Bunlar müasirlik yaratmaq adına şəhəri eybəcər hala salıblar. O binanı tikən memar hara baxır bəs? Bir sözlə, proses qanedici getmir".

"İndi kimə deyə bilərsən ki, tikmə?!"

F.Quliyevin sözlərinə görə, Bakıdakı tikinti sahəsində özbaşınalıq hökm sürür:

"Memarlıqda rekonstruksiya, regenerasiya və mühit anlayışları var. Rekonstruksiya köhnə binaların müəyyən qədər dəyişdirilməsidir. Regenerasiya isə tarixi bina sökülüb dağılıbsa belə, onun olduğu kimi bərpa edilməsidir. Rekonstruksiya, regenerasiya zamanı səhlənkarlığa yol vermək olmaz. O binaın tarixi, keçmişi öyrənilməlidir ki, yaxınlığında yeni bina tikəndə tam, vəhdət təşkil etsin. Mən Bakıda yarım əsrdən artıq işləyən bir mütəxəssisəm. Sovet dövründə Əliş Cəmil oğlu Ləmbəranskinin iştirakı ilə Nargin adasında olmuşam. O çox gözəl bir insan idi, vaxtilə şəhərin meri olub. Bir çox mühüm tikinti obyektlərinin ucaldılmasında onun böyük əməyi var. Ləmbəranski orada "partşkola" tikdirmək istəyirdi. Mən deyəndə ki, burada tikmək olmaz, o mənimlə dərhal razılaşdı. İndi kimə deyə bilərsən ki, burda tikinti aparmaq olmaz?!

Bakının özünəməxsus üç işarəsi var: amfiteatr, Bakı buxtası və külək. Hansısa tikinti zamanı bu üç amil mütləq nəzərə alınmalıdır. Bu yaxınlarda tanınmış bir adam yenə məni Nargin adasına apardı. Mən qayıdanda Bakını tanımadım. Çünki landşaftdan düzgün istifadə edilməyib, amfiteatr, yaruslar yox olub. Şəhərin aşağı hissəsində hündürmərtəbəli binalar tikilərək yüksək hissələrlə bərabərləşdirilib. Şəhərsalma qanunauyğunluqlarına görə hündür yerdə hündür bina, alçaq yerdə alçaq bina tikilməlidir. Biz tikintini bu amfiteatrı nəzərə almaqla aparmalı idik. İstər Memarlar İttifaqı, istərsə də memarlar prosesdən narahatdır. Amma bizi eşidən yoxdur".

Tariximizi özümüz silirik...

Memar İçərşəhərin də öz simasını itirdiyindən narahatlığını dilə gətirib:

"Doğrudur, getdikcə şəhər böyüyür, genişlənir, prosesi dayandırmaq qeyri-mümkündür. Prosesi qanunauyğunluqlar nəzərə alınmaqla icra etmək lazımdır. Amma artıq gecdir, şəhərin siması korlanıb. İçərşəhərin özündə şəhərlik qalmayıb, orada nə qədər yeni binalar tikilib. Şəhərin tarixinə heç də uyğun gəlmir. Qız Qalasının arxasındakı bina ora sanki yamaqdır. İçərişəhər bir tarixdir. Bakının şəhər olaraq tarixi bizim eradan əvvələ gedib çıxır. Baxmayaraq ki, sovet dövründə 5-6-cı əsr yazılırdı. Çünki o vaxt qoymurdular tariximizi yazmağa. Amma indi də özümüz o tarixi silirik. Milli Məclis və Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş şəhərsalma sənədi var. Ümumi Plan, Baş Plan və Müfəssəl Plan. Şəhərin tarixi, köhnə, müasir hissələrinin planlaşdırılması və ona uyğun layihə hazırlanıb. Orada hansı ərazidə necə bina tikməyə icazə verilir göstərilir. Amma bu qaydalara riayət edən yoxdur. İndi sadəcə qərar verirlər: "mən buranı tikirəm". Vəssalam. Bir azdan Bakıda böyük partlayış olacaq. Bunu deyirəm və sizi əmin edirəm ki, bunun şahidi olacaqsınız. Şəhər mənzillərinin kommunal təminatı var: su, qaz, işıq, istilik və s. Bu kommunal sistem ilk vaxtlar tikilmiş 5-6 bina üçün nəzərdə tutulub. Şəhərin bütün kommunal xətləri köhnəlib. İndi həmin binaları söküb yerində 16-20 mərtəbəli bina tikiblər. Yeni binaların xətlərini də həmin köhnə sistemə birləşdirirlər. Bir azdan isə o sistem ağırlığa tab gətirməyib, məcrasından çıxacaq. Artıq Əhmədli qəsəbəsi ərazisində 1-2 yerdə kanalizasiya xətləri yerin səthinə çıxıb. Çünki şəhər salınarkən bu boruların diametri azmərtəbəli binlar üçün hesablanmışdı".

"Dirijor çubuğunu necə yelləyirsə, orkestr elə çalır"

F.Quliyev ayrı-ayrı şirkətlərin məsələyə səhlənkar yanaşdığını vurğulayıb:

"Ayrı-ayrı şirkətlərin nə vecinədir ki? Fikir verin, Bakıda əsasən yeni yaşayış binaları tikilir. Nəyə görə? Tez satıb, daha çox qazanmaq üçün. Mən xarici mütəxəssislərlə çox əlaqədə olmuşam. Onlar Bakının keçmiş baş planını çox bəyənmişdilər. Mənə sual verdilər ki, "niyə realizə etməmisiz bu planı?".

Cavabım belə oldu: biz bəstəkarıq, əsəri yazıb dirijora veririk. Dirijor çubuğunu necə yelləyirsə, orkestr elə də çalır.

Tarixi-memarlıq abidələri sıx olan ərazilərə çox böyük ehtiyatla, qızıl dəqiqliyilə yanaşmaq lazımdır. Mərkəzi Neftçilər Xəstəxanası, "Bakı Vağzalı" ətrafında binalar bir-birinə yapışıb. Şəhərdə tikilən mənzillər ikitərəfli, ən pis halda küncdən külək almalıdır. Yay aylarında gün ərzində otaqlara ən azı 3 saat günəş şüası düşməlidir. Bura 4-cü iqlim zonasıdır. Əks halda xəstəliklər geniş yayılacaq. Necə ki, indi yayılıb. Hamı ürəyindən, qan azlığından, qan-damar sisteminin xəstəliklərindən şikayətçidir. Yeni tikililərdə heç bir nüans nəzərə alınmır. Sadəcə yanğınsöndürmək üçün 6 metr keçidin qoyulması ilə hər şeyi bitmiş sayırlar. Bütün bunlar insan sağlamlığı üçün təhlükədir.

Hələ sovet dövründən şəhərin tarixi yerlərinin necə işlənməsi müəyyən olunmuşdu. Böyük Bakının Regional İnkişaf Planı 2014-cü ildə aidiyyatı strukturlarla razılaşdırılıb Nazirlər Kabinetinə təşviqə verilib. Hələ indiyə qədər Nazirlər Kabineti məsələyə baxmır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1490   Tarix: 20 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467