Tibb bacısı səhər işə gəldi, oğlunun cəsədi ilə qarşılaşdı... - Salyanda DƏHŞƏT

Tibb bacısı səhər işə gəldi, oğlunun cəsədi ilə qarşılaşdı... - Salyanda DƏHŞƏT

Ötən gün axşam Salyanda 7 yaşlı uşağın naməlum avtomobillə vurulub öldürülməsi faciəsinin daha da faciəli təfərrüatı məlum olub.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, həmin uşağın anası Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Mərkəzinin tibb bacısıdır. Qadın uşağı evdə nənəsi ilə qoyub işə gedib, az sonra oğlunun cansız bədəni ilə xəstəxanada qarşılaşıb.

Xatırladaq ki, ötən gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan şəhərinin ərazisindən keçən 59-cu kilometrində “Ay işığı” mağazasının qarşısında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, yaxınlıqdakı binada yaşayan 7 yaşlı Salyan şəhər sakini Əhmədov Ayxan Sabir oğlu mağazadan çıxıb evlərinə getmək istəyərkən onu naməlum, ağ rəngli VAZ-2107 markalı avtomaşın vurub. Uşaq xəstəanaya gətirilərkən yolda keçinib.

Məlum olub ki, həmin gün balaca Ayxanın anası Aytəkin tibb bacısı işlədiyi Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Mərkəzində növbədə olub. Ona görə də o və qardaşı evdə nənələrinin yanında qalıblar. Bu vaxt Bakıdan bibilərinin nişanlısı Cavid Abdullayev onlara gəlib.

Bazarlıq üçün yaxınlıqdakı “Ay İşığı “ marketinə yollanan C.Abdullayevə Ayxan və qardaşı da qoşulub. Mağazadan çıxan zaman isə uşağı hələ də axtarışda olan maşın vuraraq qaçıb. Həyatının son anlarını yaşayan balaca Ayxan dərhal yaxınlıqda olan insanlar tərəfindən Salyan Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanaya ağır yaralı gətirildiyini eşidən ana dərhal ona yaxınlaşıb və... bir qədər evdə qoyub gəldiyi 7 yaşlı oğlunun cəsədini görüb...
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 14595 Tarix: 19.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
olmus_arzular
olmus_arzular 20.10.2017
Allah rehmet elesin


 
Cesika
Cesika 20.10.2017
Ananin beli sindi nece agir dertdi
Kimisi torpaq qeder qiymetli,kimisi 1ot qeder gereksiz!
Her kes yawayir 1wekilde kimisi WEREFLI kimisi WEREFSIZ


 
AykaKami
AykaKami 19.10.2017
Dözülmezdi.ananın atanın heyatyoldawının itkisine cetin de olsa dözür qadın övlad acısına yox.Allah qorusun her kesin övladını


 
Lifeiswonderfull
Lifeiswonderfull 19.10.2017
Allah sebr versin.yazıq ana nece dözsün...


 
Picasso
Picasso 19.10.2017
Allah sebr versin valideynlerine insallah