Bakıda "Agdam" nömrəli "Mercedes" peyda oldu – VİDEO

Bakıda "Agdam" nömrəli "Mercedes" peyda oldu – VİDEO

Bakıda "Ağdam” nömrəli "Mercedes” markalı avtomobil görənlərin diqqətini çəkir. Çünki bu avtomobilin nömrəsi elə "Ağdam”dır. Yəni, nömrə yerinə sadəcə, "Ağdam” yazılıb.

Həmin avtomobil baza günü Xarici İşlər Nazirliyinin qarşısında hərəkət edərkən avtosfer.az-ın kamerasına tuş gəlib. Avtomobil Gürcüstanda qeydiyyatdadır. Elə nömrəsi də Gürcüstan nömrəsidir. Sürücünün isə ağdamlı olduğu bildirilir.

Qeyd edək ki, dünyanın bir çox yerlərində avtomobillərin nömrə yerinə müxtəlif adların yazılmasına icazə verilir. Bu, olduqca bahalı proses olsa da, bəzi sürücülər xeyli pul xərcləyib nömrə yerinə ya öz adlarını, ya da hansısa bölgə adını yazdıra bilirlər. Yəni, bu proses qanuni olaraq həyata keçirilir. Artıq qonşu Gürcüstanda da bunu edirlər. Azərbaycanda da əksər sürücülər bunu arzulayır. Hər halda, qanunda dəyişiklik edilərsə, imkanlı şəxslər xeyli miqdarda dövlət rüsumu ödəyərək bunu edə bilər.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3237 Tarix: 18.10.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
LGK7
LGK7 18.10.2017
Qaqadır eee Qaqa


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər