5 yaşlı qızını zəhərləyib öldürən qadın danışdı: "Əsəblərim yerində deyil, xəstəyəm"

5 yaşlı qızını zəhərləyib öldürən qadın danışdı: "Əsəblərim yerində deyil, xəstəyəm"Qusarda 5 yaşlı qızını zəhərləyərək qətlə yetirməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə başlayıb.

BiG.AZ Lent.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, ölən körpənin atası Bəxtiyar Ömərov zərərçəmiş şəxsin hüquqi varisi qismində tanınıb. Onun da anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Bəxtiyar Ömərov bildirib ki, Gülnarə ilə qeyri rəsmi şəkildə evləniblər: "Birgə yaşamışıq. Lakin nikahımız olmayıb. Uşağa soyadımı versəm də, o, mənim qızım deyildi. Onu balaca vaxtından mən böyütmüşəm. Çünki Gülnarənin valideynləri uşağa sahib çıxmamışdı".

O ifadəsində göstərib ki, həmin gün malları otlağa aparıb: "Evə qayıdanda gördüm ki, uşağın halı pisləşib. Xəstəxanaya apardıq, orada öldü. Soruşdum ki, uşağa nə olub? Dedi ki, malları yumaq üçün olan dərmanı südə qatıb və uşağa verib".

Qadın ərinin yalan danışdığını deyib: "Sən bilirsən ki, mən xəstəyəm. İttihamda yazılıb ki, mən qızımı öldürmüşəm. Mən neçə il səninlə yaşamışam. Sizə yemək bişirmişəm, qulluq etmişəm. Axı niyə olanları düz danışmamısan? Niyə ifadəndə mənim xəstə olduğumu, əsəblərimin yerində olmadığını deməmisən? Görürsən ki, ittihamda yazılanlar düzgün deyil. Niyə danışmırdın? Mənə cəza veriləcək və həbsxanaya gedəcəm. Sən bununla nə edəcəksən?".

Gülnarə Seypullayeva bildirib ki, Luizanın əsl atası Seymur Güləliyev olub: "Birdən başım qarışdı və qızımı zəhərləyərək öldürdüm. Bəxtiyar spirtli içki içən olub, buna görə də onunla yaşamaq istəməmişəm".

Şahid qismində dindirilən Rafiq Rəhmanov qeyd edib ki, hadisə olan fermanın sahibidir: "Mənə köməkçi lazım idi. Bunlar da birgə yaşayırdı. Ev verdim. Araları çox yaxşı olub. Uşaq da çox şirin idi. Yaxşı uşaq idi. Hər ora gedəndə ona nəsə alırdım. Hadisə günü mənə xəbər elədilər. Tez gəldim. Maşına qoyduq. Xəstəxanaya aparanda yolda keçindi. Qucağımda can verdi. Hər yadıma düşəndə ağlayıram. Hadisədən 3-4 gün sonra bildim ki, uşağı Gülnarə öldürüb".

Məhkəmə prosesi oktyabrın 25-də davam edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2371   Tarix: 18 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

11:35 472
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 1631
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 673
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 838
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 82
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

10:36 964
.

Bakıda körpə pəncərədən düşərək ölüb

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib. BİG.AZ apa-ya istinadən xəbər verir ki, hadisə "Ramana sovxozu" adlanan ərazidə qeydə alınıb. Doqquzmərtəbəli binanın dördüncü mərtəbəsinin pəncərəsindən dördaylıq körpə Ayla Tural qızı Eyvazlı düşərək ölüb. Faktla bağlı araşdırma aparılı

14:10 286
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 489
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 410