Dünyada ilk milli elektron valyuta Azərbaycanda yaradılır

Dünyada ilk milli elektron valyuta Azərbaycanda yaradılırArtıq dünya yeni mərhələyə qədəm qoyub. Rəqəmsal texnologiyalar getdikcə bütün sahələri əhatəsinə alır. Bu gedişatın bir çox özəllikləri və bizim üçün sözün həqiqi mənasında fantastik görünə biləcək tərəfləri var. Məsələn, elektron pul - kriptovalyuta. Artıq dünyanın aparıcı dövlətləri yeni rəqəmsal ödəniş vasitələrinin işlənilməsi və təcrübəyə yönəldilməsi prosesinə start verib. Dünya hələlik elektron pul kimi əsasən, Bitcoin(Bitkoin)i tanıyır və bu kriptovalyuta getdikcə daha da populyarlaşır. Əslində, elektron pul bazarında hazırda bir neçə koin nümunəsinə rast gəlmək mümkündür. İnkişaf etmiş və inkişafa meyilli olan ölkələr artıq öz milli koinlərinin istehsalına başlanılması mərhələsinə qədəm qoyublar. Yaponiya kimi güclü iqtisadi dayaqlara malik dövlət bütünlüklə kriptovalyutaya keçid etmək əzmindədir və artıq bu proses demək olar yekun mərhələyə yönəlib. Avropa ölklərinin bəzisində koin banklar və marketlər fəaliyyətə başlayıb.

Bu günlərdə Rusiyanın Rabitə və kütləvi kommunikasiyalar naziri Nikoyay Nikiforov da kriptovalyuta istehsalına başlayacaqları barədə rəsmi açıqlama verdi. Bu təşəbbüsün Rusiya prezidenti Vladimir Putindən gəldiyini deyən nazir ktiptorubl istehsalına qısa müddət ərzində başlayacaqlarını və bu prosesin az bir vaxt aparacığını da əlavə edib.

Qeyd edək ki, Azərbaycanda da milli kriptovalyutanın ərsəyə gətirilməsinin zəruriliyi barədə fikirlərə rast gəlinir. Bu prosesinin özəllikləri, Azərbaycan reallığında tətbiqi, mümkün standartlar və digər detallar barədə isə ilk dəfə Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının müdiri Sabit Fətizadə danışmışdı. O, bu ilin may ayının 10-da mətbuata verdiyi müsahibədə bank mütəxəssisi olaraq dünyada gedən prosesləri, kriptovalyutanın üstün tərəflərini və dünya ölkələrinin rəqəmsal valyutaya göstərdiyi marağı təhlil edərək qeyd etmişdi ki, Azərbaycan bu prosesdən kənarda qalmamalı və hətta dünya ölkələri arasında özünün milli koinini yaratmış ilk ölkə kimi tarixə düşməlidir.

Açığı Rusiyanın milli rəqəmsal valyuta istehsalına başlayacağı barədə açıqlama ilə tanış olarkən, Azərbaycanın daha bir ilkə imza atmaq imkanını itirdiyini düşündük. Lakin sırf təsədüf nəticəsində bildik ki, Azərbaycanda mili koinin yaradılması işi Rusiyadan əvvəl başlayıb və artıq bu kriptovalyutaya ad da verilib. Məlum olub ki, bu il sentyabrın 30-dan etibarən Azərbaycanın internet məkanına "azcoin.az" adlı sayt daxil olub. Saytın giriş hissəsində açıq və aydın şəkildə yazılıb: "Azərbaycanda ilk kriptovalyuta - AzKoin". Saytın yaradıcıları əsas məqsəd kimi aşağıdakı qeydləri yerləşdiriblər: "Qloballaşan dünyada insanların rifahının yaxşılaşdırılması, yeni zamana sərhədsiz və məhdudiyyətsiz daxil olmaq, məişət sahəsində həyata keçirilən əməliyyatların sürətləndirilməsi, lokal və qlobal səviyyədə elektron, simsiz və optik şəbəkələrlə hiper mübadilələr etmək".

AzKoin adlı milli kriptovalyutanın yaradılması prosesinə start verildiyini deməyə əsas verən qeydlər isə bunlardır: "Digər kriptovalyutalardan fərqli olaraq, AzCoin(AzKoin) Azərbaycan dövlətçiliyinə, onun inkişafına xidmət etmək və xalqımızın qloballaşan rəqəmsal dünyaya inteqrasiyasını təmin etmək üçün yaradılır".

Azcoin.az hələlik tam fəaliyyətə başlamayıb. Pilot layihə kimi təqdim olunan AzKoinin yaradıcıları saytda azalmağa doğru hərəkət edən sayğac yerləşdirərək qeyd ediblər ki, sayt yaxın günlərdə onlayn rejimdə fəaliyyətə başlayacaq.

Beləliklə, Azərbaycan milli kriptovalyutanın yaradılması işində də dünya ölkələri arasında ilk nümunə yarada bilib. Bu vaxta qədər elektron valyuta bazarında müxtəlif adda koinlərə rast gəlinsə də, ölkə adı ilə kriptovalyuta nümunəsi hələ olmamışdı. Rusiya bu prosesə təkan verdiyini oktyabrın 14-də elan etsə də, Azərbaycanda milli elektron valyutanın ərsəyə gətirilməsi işi bundan 2 həftə əvvəl - sentyabrın 30-da başlayıb.

mənbə: milli.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1413   Tarix: 17 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmir" - Politoloq

Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir. Politoloq Elşən Manafov -a bildirib ki, qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmi

26.04.2024 257
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

26.04.2024 767
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

26.04.2024 246
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

26.04.2024 942
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

26.04.2024 230
.

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk fərdiləşdirilmiş mRNT peyvəndinin sınaqları keçirilir. xəbər verir ki, Keçən avqust ayında baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biridir

26.04.2024 153
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 357
.

"Qardaşım efirə çıxmağa icazə vermirdi"

"Bilirdiniz ki, uzun müddət səhnəyə çıxmırdım. Atamın aşıq olmasına baxmayaraq sinəsindəki sazı ilə övladlarının hər birini oxudurdu. Biz Dostəliyevlər ailəsi sayılırdıq. Bacım rəhmətlik Zeynəb də oxuyurdu. Dörd qardaşımın hər biri musiqi alətlərinin sənətkarlarıdır". Axşam.az xəbər verir ki

26.04.2024 138
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

26.04.2024 327