"Faytonçu" Nazimin məhkəməyə verdiyi cərrah: Mənim etdiyim əməliyyat nəticəsində yaşayır - FOTOLAR

"Faytonçu" Nazimin məhkəməyə verdiyi cərrah: Mənim etdiyim əməliyyat nəticəsində yaşayır - FOTOLAR"Faytonçu" Nazim ləqəbi ilə tanınan müğənni Nazim Pişyarinin əməliyyatını icra edən həkim, cərrah Elman Əzimov APA-ya açıqlama verib.

Oxu.Az xəbər verir ki, həkimin sözlərinə görə, əməliyyat olunmadan bir gün öncə Nazim Pişyarinin vəziyyəti ağırlaşıb.

"Faytonçu" Nazimin məhkəməyə verdiyi cərrah: Mənim etdiyim əməliyyat nəticəsində yaşayır - FOTOLARHəmin vaxt N.Pişyariyə "Kəskin kalkulyoz xolesistit, İnsulindən asılı olmayan şəkərli diabet" (K-81.0. E-11) diaqnozu qoyulub: "Xəstə sonradan bizim tibb mərkəzinin poliklinika şöbəsinə müraciət edib. Həkim-terapevt tərəfindən müayinə edildikdən sonra ultrasəs müayinəsinə göndərilib. UZİ-də ona ademioz və kalkulyoz xolesistit diaqnozu qoyulub. Sonradan xəstə cərraha göndərilib və mənim tərəfimdən qəbul edilib. Xəstə ailəsi ilə birgə bir neçə dəfə mənim yanımda olub. Əvvəlcə vəziyyətə uyğun olaraq onlara əməliyyatın aparılmasının hazırda mümkün olmadığını izah etməyə çalışdım. O isə bir neçə dəfə mənə yaxınlaşaraq, əməliyyat olunmasını təkid edib. Xəstənin təkidlərindən sonra qərar verdik ki, onu vəziyyətdən çıxarmaq lazımdır. Mən onu öz istəyi ilə əməliyyat etmişəm.

Əməliyyat laparoskopik-lazerlə icra olundu və biz onu ağır vəziyyətdən çıxardıq ki, ölməsin. Həmin gün xəstə əməliyyat olunmasaydı, çox böyük faciə baş verəcəkdi. Sonradan onu başa saldıq ki, əməliyyatın növbəti etapları lazım ola bilər. Çünki onda baş verən hadisələrin hamısı patoloji proseslə bağlı idi, mənimlə yox. Əməliyyatın laparoskopla icra olunmasının da səbəbi var idi. Ona görə açıq əməliyyat aparmadım ki, xəstə növbəti əməliyyatları həyata keçirə bilsin. Bu gün onun yaşaması, növbəti əməliyyat etdirə bilməsi ilk əməliyyatın nəticəsində mümkün olub".

E.Əzimov vurğulayıb ki, əvvəlcədən öd kisəsində hansı zədələnmənin baş verdiyi, hansı prosesin getdiyi məlum olmayıb. Onun sözlərinə görə, bu səbəbdən əməliyyatdan sonra nəticələr müayinə üçün Milli Onkologiya Mərkəzinə göndərilib: "Oradan gələn cavabda qeyd edilib ki, diaqnoz öd kisəsinin adenokarsinoması - xərçəngdir. Bu barədə onun yaxınlarına məlumat verilib. Bundan sonra bizə irad bildirdilər, niyə xərçəngə əl vurmusunuz? Mən xərçəngə əl vurmamışam, lazerlə əməliyyat etmişəm və burada heç bir taktiki, texniki, psixoloji səhv olmayıb. Heç bir cərrah da onu deyə bilməz ki, əməliyyatda hansısa səhv olub. Kimsə nəsə deyirsə, bu, bizə qarşı olan absurd, ədalətsiz mövqedir. Xəstədə olan ağırlaşmalara uyğun növbəti müalicələr aparılacaqdı. Sadəcə, onlar imkan vermədilər ki, növbəti addımları ataq. Sonradan xəstə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasına gedib, oradan xəstəyə və mənə deyilib ki, onda onkoloji problem var. Bu insanlara olanları başa sala bilmirik. Çünki onlar qərəzli mövqe tutublar. Bizdən sonra İsrailə müraciət edilib və oradakı xəstəxanadan verilən cavablar da bizdə var. Həmin cavabda da onkoloji xəstəlik, Azərbaycanın Milli Onkologiya Mərkəzinin verdiyi cavab inkar edilmir. Əməliyyatdan ən azı 3 ay keçməli idi ki, orada olan iltihabi proses sönsün və yenidən əməliyyat olsun. Nazim avqust ayında Türkiyədə əməliyyat edilib və bu vaxta kimi də lazım olan 3 ay müddət keçib. Bu imkanı da biz Azərbaycanda düzgün əməliyyat etməklə yaratmışıq".

Həkim əlavə edib ki, Nazim Pişyarinin sonradan Türkiyə və İsraildə etdirdiyi əməliyyatlar Azərbaycanda da icra olunur: "Azərbaycanda bunlar icra edilirsə, niyə başqa ölkəyə gedirsən? Mən o zaman gedərəm ki, pulum var, öz ölkəmdə deyil, gedib başqa ölkədə əməliyyat etdirirəm. Xəstə İsraildə əməliyyat edilməyib, müayinə olunub. Stend qoyulması üçün RCP bizdə müayinə sayılır və 700-800 manatdır. Amma İsraildə ona 20 min xərcləyiblər. İkinci əməliyyat da Azərbaycanda icra olunur, biz də istəyirdik ki, onu burada həyata keçirək. Sadəcə, imkan vermədilər. Azərbaycanda bu əməliyyatlar 2000-3000 manata icra olunur, onlar xaricdə 100 minə kimi pul xərcləyiblər. Nazim Bakıya gələn kimi mənim yanıma gəldi ki, İsrail və Türkiyədə xərclədiyi pulları qaytarım, yoxsa başqa cür olacaq. Bizim klinikaya qarşı tərəfdən əməliyyat üçün yalnız 1000-1200 manat pul ödənilib. Qarşı tərəf onkologiyanı-onkoloji xəstə olduğunu qəbul etmir. Qarşı tərəfin ittihamlarından biri də maddiyyatla bağlı olub. O deyir ki, əməliyyatı pulu düşündüyüm üçün etmişəm. Əslində isə Azərbaycanda icra olunan əməliyyatlar ən ucuzudur. Əməliyyat çox çətin və mürəkkəb prosesdir. 1000 xəstədən 1-i narkozun ağırlaşmasından ölür, o da ola xəstədə hansısa patologiya olsun. Öd kisəsi daşı və polipi diaqnozu kişilərdə, demək olar ki, olmur. Əgər kişilərdə öd kisəsi daşı varsa, bu, o deməkdir ki, onun öd yolunda ciddi anomaliya var. Biz ona görə həmin xəstələrə xüsusi yanaşır və patologiyanı gözləyirik. Dünyada kişilərdə öd daşı ilə bağlı ağırlaşmalar 30%-ə yaxındır".

İfaçının əməliyyat olunduğu özəl tibb mərkəzinin direktoru Ramil Quliyev isə açıqlamasında deyib ki, bu gün tibb mərkəzi haqqında bəzi KİV-də qarayaxma kampaniyasının aparılmasından narazılıq edib: "Azərbaycanın qanunları var və hər bir məsələ qanunla tənzimlənməlidir. Bu insanlar hələ bilmirlər ki, dedikləri sözlərin məsuliyyəti, insanları çaşdırmaq, tibb mərkəzinin işğüzar imicinə ziyan vurmaq qanunvericilik qarşısında məsuliyyətdir. Mətbuata belə dezinformasiyalar yayan hər kəs qanunla cəzalandırılacaq. Məsələ ilə bağlı məhkəmə öz qərarını verəndən sonra biz də qərarlarımızı verəcəyik. Bu gün heç bir addım ata bilmirik, çünki heç bir şey hüquqi müstəviyə minməyib. Hamı iddia edir, ortaya isə heç bir fakt qoyulmayıb. Fakt olandan sonra öz həkimimiz, digər bizə qarşı olan insanlar haqqında qərarlarımızı deyəcəyik. Bu gün mətbuatda qarayaxma aparan, imicə ziyan vurmaq istəyən hər kəs cəzasını alacaq".

"Faytonçu" Nazimin məhkəməyə verdiyi cərrah: Mənim etdiyim əməliyyat nəticəsində yaşayır - FOTOLARElman Əzimovun vəkili Elvin Səlimov da baş verənlərə münasibət bildirib: "Bu günə kimi fikirlərimizi ictimaiyyətə çatdıra, işin həqiqi tərəfləri barədə məlumat verə bilmirdik. Çünki Nazim Pişyarinin dedikləri sənədlərlə təsdiq olunmalı idi. Lakin bu sənədlər ortaya çıxarılmadığı üçün konkret fikirlər ortalığa qoyulmayıb. Nazim Pişyari iddia edir ki, ona Azərbaycanda yanlış olaraq onkoloji diaqnoz qoyulub. Bununla bağlı tibb mərkəzini və cərrah Elman Əzimovu günahlandırıb. Halbuki cərrahiyyə əməliyyatından sonra Nazim bəyin öd kisəsi müayinə üçün Milli Onkologiya Mərkəzinə göndərilib. Oradan gələn cavabda - 2 rəydə öd kisəsinin adenokarsinoması, yəni öd kisəsinin şişi olan törəmənin olduğu müəyyən olunduğu əksini tapıb. Buna uyğun olaraq, Nazim bəyə müvafiq müayinə və müalicənin keçirilməsinin vacibliyi bildirilib. Elman Əzimov tərəfindən müalicələrin davam etdirilməsi təklif olunsa da, o, bundan imtina edərək İsrailə üz tutub. Sonradan isə Türkiyədə yenidən əməliyyat olunub".
"Faytonçu" Nazimin məhkəməyə verdiyi cərrah: Mənim etdiyim əməliyyat nəticəsində yaşayır - FOTOLARVəkil N.Pişyarinin ictimaiyyətdə yanlış fikirlər formalaşdırdığını bildirib: "Bu məsələni qabardan və ictimaiyyətə məlumat verən özüdür. Cəmiyyətdə də belə fikir formalaşır ki, guya onu xəstə salan və səhv diaqnoz qoyan Elman Əzimovdur. Biz isə sənədlərlə sübut etməyə çalışırıq ki, belə deyil. Əksini sübut etmək istəyirlərsə, ortaya sənədlər qoysunlar. Məhkəməyə əsli olan bir sənəd təqdim edilməyib, sənədlərin hamısı kserosürətlərdir", - deyə o əlavə edib.

E.Səlimov qeyd edib ki, qarşı tərəf Binəqədi Rayon Məhkəməsinə 62 min dollar məbləğində maddi ziyanın və 100 min manat məbləğində mənəvi zərərin ödənilməsi ilə bağlı iddia ərizəsi verib. İddia ərizəsinin heç bir əsasının olmadığını deyən vəkil vurğulayıb ki, oktyabrın 26-da məhkəmədə ilkin hazırlıq iclası olacaq, iş hakim Almaz Süleymanovanın icraatındadır.

"Faytonçu" Nazimin məhkəməyə verdiyi cərrah: Mənim etdiyim əməliyyat nəticəsində yaşayır - FOTOLAR"Faytonçu" Nazimin məhkəməyə verdiyi cərrah: Mənim etdiyim əməliyyat nəticəsində yaşayır - FOTOLAR"Faytonçu" Nazimin məhkəməyə verdiyi cərrah: Mənim etdiyim əməliyyat nəticəsində yaşayır - FOTOLAR"Faytonçu" Nazimin məhkəməyə verdiyi cərrah: Mənim etdiyim əməliyyat nəticəsində yaşayır - FOTOLAR"Faytonçu" Nazimin məhkəməyə verdiyi cərrah: Mənim etdiyim əməliyyat nəticəsində yaşayır - FOTOLAR"Faytonçu" Nazimin məhkəməyə verdiyi cərrah: Mənim etdiyim əməliyyat nəticəsində yaşayır - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2450   Tarix: 13 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

26.04.2024 1020
.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

26.04.2024 146
.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

26.04.2024 634
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmir" - Politoloq

Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir. Politoloq Elşən Manafov -a bildirib ki, qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmi

26.04.2024 257
.

Çin taikonavtlarını daşıyan Şinkou-18 gəmisi kosmik stansiyaya çatıb

Çin taikonavtlarını daşıyan Şinkou-18 gəmisi kosmik stansiyaya çatıb. xəbər verir ki, Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) verdiyi açıqlamaya görə, taykonavtlar Yi Quanqfu, Li Konq və Li Quanqsunu daşıyan Shincou-18 kosmik gəmisi kosmik stansiyanın əsas modulu ilə birləşib. Təxminən 6 saa

26.04.2024 143
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26.04.2024 148
.

Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Dörd aylıq körpənin balkondan düşərək vəfat etdiyi yerin görüntüləri yayılıb. -ın məlumatına görə, bədbəxt hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib. Eyvandan düşərək dünyasını dəyişən dörd aylıq Ayla Eyvazlının babasının sözlərinə görə, hadisəyə səbəb ehtiyatsızlıq olub

26.04.2024 614
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

26.04.2024 261
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26.04.2024 301