Sarkisyan Soçidə kriminal avtoritetlərlə görüşüb - FOTO

Sarkisyan Soçidə kriminal avtoritetlərlə görüşüb - FOTO

Ermənistan prezidenti Serj Sarkisyanı Rusiyanın Soçi şəhərinə səfəri zamanı kriminal avtoritetlər qarşılayıb.

BiG.AZ “Corrord İşxanutyun” qəzetinə istinadən xəbər verir ki, Soçi hava limanında Sarkisyanı qarşılayanlar arasında məşhur avtoritet, iş adamı “Robson” ləqəbli Ruben Tatulyan da olub. Ruben cinayətkar aləmdə nüfuzlu şəxslərdən biridir.

Məlumata görə, “Robson” Ermənistan parlamentinin keçmiş deputatı Ruben Hayrapetyanın yaxın adamıdır və o, Ermənistana tez-tez səfər edir. Ermənistandakı yüksək vəzifəli şəxslər və oliqarxlar onunla tanışlığa can atırlar.

Qeyd edək k, Serj Sarkisyan oktyabrın 11-də MDB dövlət başçılarının və Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatının iclasında iştirak etmək üçün Rusiyanın Soçi şəhərində səfərdə olub.

Sarkisyan Soçidə kriminal avtoritetlərlə görüşüb - FOTO
(AzVision.az)

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1873 Tarix: 13.10.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər