"O Səs Türkiyə"də KÜRD QALMAQALI: Münsiflər dava etdi, çəkilişlər dayandırıldı

"O Səs Türkiyə"də KÜRD QALMAQALI: Münsiflər dava etdi, çəkilişlər dayandırıldıTürkiyənin məşhur "O Səs Türkiyə" verilişində qalmaqal yaşanıb.

BiG.AZ unikal.org-a istinadən xəbər verir ki, verilişə bu il qatılan Yıldız Tilbe ilə "Atena" rok qurupunun üzvü Gökhan Özoğuz arasında gərginlik olub. Bu səbəbdən də çəkilişlər yarımçıq qalıb.

"O Səs Türkiyə" münsif heyətinə yeni daxil olan müğənni iştirakçılar arasında irqçi-ayrıseçkilik edib.

Onun bu hərəkəti Gökhan Özoğuzun xoşuna gəlməyib. Elə bu səbəbdən də müğənnilər arasında ilk ciddi mübahisə yaşanıb.

Belə ki, müsabiqədə Balkan mahnısı ifa edən bir qadın iştirak edib. Ona bütün münsiflər dönsə də, Yıldız Tilbe dönməyib. Sonda Yıldız "Ah sən türksən? Mən sənin əcnəbi olduğunu düşündüm. Türk olduğunu bilsəm, dönərdim" deyib.

Yıldızın bu sözləri Gökhanı özündən çıxarıb:

"Bu yarışmaya xaricilər də gəlir, niyə dönmürsən ki?" - deyə Yıldıza reaksiya verib.

Yıldız isə Gökhana verdiyi cavab vəziyyəti daha da gərginləşdirib:

"Bu, "O Səs Türkiyə" müsabiqəsidir. Odur ki, mən türk axtarıram. Bura "O Səs İngiltərə" deyil, elə olsaydı, ingilis axtarardım".

Səssiz qalmayan Gökhanın "Sən o zaman kürdlərin də yarışmasına etiraz edirsən?" deməsi aləmi bir-birinə vurub.

Mübahisəyə Acun müdaxilə edib mikrofonlarını kəssə də, onları sakitləşdirmək mümkün olmayıb. Bütün iştirakçılar və qonaqlar yola salınıb, çəkilişlər də yarımçıq qalıb.

Yeri gəlmişkən xatırladaq ki, müğənni azərbaycanlı iştirakçı Pərvin Səfərovun şivəsini bəyənmədiyi üçün dönmədiyini bildirmişdi. "Seçəcəyim ifaçı türkcə yaxşı danışmalıdır" deyən Yıldız Tilbe daha çox türk izləyiciləri tərəfindən tənqid olunmuşdu.

Türkiyə mətbuatı Yıldızın bu hərəkətini belə şərh edib: "Yəqin ki, bu mübahisəni ekranda izləməyəcəyik, amma Yıldız Tilbe televiziya proqramları üçün saatlı bomba olduğunu bir daha sübut etdi".

Məlumat üçün bildirək ki, Yıldız Tilbe İsraillə böhran yaşandığı dövrdə "Allah Hitlerdən razı olsun" tvitə görə çox tənqid edilmişdi. İrqi ayrıseçkilik etdiyi üçün onun "Turkcell" reklamı da ləğv edilmişdi. Belə görünür ki, Yıldız irqi-ayrıseçkilikdən vaz keçməyəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3102   Tarix: 13 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371