Azərbaycan raket atdı - VİDEO - FOTOLAR

Azərbaycan raket atdı - VİDEO - FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrinin 2017-ci il üçün hazırlıq planına uyğun olaraq raket və artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilib.

Bu barədə BiG.AZ-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Döyüş şəraitinə uyğun vəziyyətdə keçirilən təlimlərdə artilleriya bölmələrinin marşı icra etməsi, cəmləşmə rayonlarına çıxarılması, qərarların qəbul olunması, gizliliyə riayət etməklə atəş və start mövqelərinin tutulması, döyüşün gedişində yerdəyişmə və digər tapşırıqlar yerinə yetirilib.

Təlimlərdə praktiki döyüş atışlarının dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən və atəşin korrektə edilməsi üçün pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilib.

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1405 Tarix: 12.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 12.10.2017
ne vaxt hücuma kecirik e :(
jck