Müğənnilik fəaliyyəti olan baş redaktor danışdı: İki universitet bitirmişəm - AÇIQLAMA

Müğənnilik fəaliyyəti olan baş redaktor danışdı: İki universitet bitirmişəm - AÇIQLAMA

Müğənnilik fəaliyyəti olduğu deyilən "42-ci paralel" jurnalının baş redaktoru Mehriban Məmmədzadə maşınının yararsız vəziyyətə salınmasından danışıb.

Bu barədə BiG.AZ saytına danışan baş redaktor müğənnlik fəaliyyəti ilə bağlı, eləcə də jurnalistika təhsilinin olub-olmaması barədə geniş açıqlama verib: "Heç də yazılanlar həqiqəti əks etdirmir. Müğənnilik sadəcə mənim hobbim olub. Peşəkar şəkildə məşğul olmamışam. Bir neçə klipim var, bir neçə mahnım var. İki universitet bitirmişəm. Bakı Dövlət Universitetinin filologiya fakultəsini, İncəsənət universitetinin də musiqi fakultəsini bitirmişəm. Məhz incəsənətə marağım olduğu üçün oxudum mən İncəsənət Universitetini.

1995-ci ildən Dövlət Televiziyasında 5 il "Konstitusiya", "Qanun" verilişlərinin aparıcısı olmuşam. Sadəcə olaraq şou biznes adamı olmaq istəməmişəm. Çünki şou biznes adamları toylardan, şənliklərdən gəlir əldə edir deyə mən o yolu tutmamışam. Sonradan isə jurnalistika fəaliyyətimi davam etdirmişəm.

Barəmdə yazılar yer alır ki, güya müğənnilikdə bəxtim gətirməyib. Xeyr, elə deyil. Bir ailəyə daxil olmamış o ailənin necə bir insanlardan ibarət olduğunu bilə bilməzsən. Mən də müğənnilik sahəsində özümü görmədiyim üçün jurnalistika fəaliyyətimi davam etdirmək qərarına gəldim. Müğənnilik üçün səsim də, xarici görünüşüm də buna imkan verir. Sadəcə istəmədim.

O ki qaldı maşınıma zərər vurulması ilə bağlı məsələyə. Mənim konkret olaraq şübhələndiyim şəxs yoxdur. Nə də düşmənçilik etdiyim şəxs yoxdur. Sadəcə olaraq həmin şəxslərin qanun qarşısında cavab verməyini istəyirik. Nəzarət kameraları həmin şəxsi mütləq şəkildə lentə alıb amma görüntülərin əldə olunması üçün işlər görülmür. Mən bununla bağlı 102 xidmətinə də müraciət etmişəm.

Əldə etdiyim digər məlumata görə isə orada başqa şəxslərin də maşınlarına xəsarətçilik yetiriblər. Təkərlərin partladıblar. Həmin şəxslərin artıq təkrar əməlləridir bu. Ümidvaram ki, maşınıma zərər verən şəxslər qanun qarşısında cavab verəcək".

Xatırladaq ki, "42-ci paralel" jurnalının baş redaktoru Mehriban Məmmədzadənin müğənnilik karyerasının olması ilə bağlı xəbəri Azxeber.com saytı yayıb.

Rövşən Əsədov
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2650 Tarix: 12.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
sunly_
sunly_ 12.10.2017
Yaşıl paltarda Yıldız Tibleye oxşadı lap:D
O foto 2004-cü ilə aiddir böyük ehtimal:))
Həmin ildə çəhrayı və yaşılın bu tonları moddaydı.Hamı eyni stil eyni rəngdə geyirdi.Mənimdə belə dəst paltarım vardı o şəkillərə baxdıqda çox gülməli gəlir..Ehh uşaqlıq..
Xanımda qəşəng tanındı.Gözəl qadın deməzdim.


 
Cesika
Cesika 12.10.2017
Ikisinide men bitirmiwem neyniyek indi...
1mawini yarildi hara baxirsan bunun xeberidi..
...Her weye canini sixma ey konul,ne bu dertler qalicidi ,nede bu òmùr...

 
_Galatasaray_Awk
_Galatasaray_Awk 12.10.2017
deyirem makiyaj adami nece gozellewdirire, makiyajsiz cox cirkindi