"Space Tv" 20 yaşını qeyd edir

"Space Tv" 20 yaşını qeyd edir

1997-ci il oktyabrın 12-də ilk dəfə efirə çıxan "Space TV" ötən müddətdə sürətli inkişaf yolu keçərək, ölkəmizin efir məkanına çıxardığı maraqlı verlişləri ilə geniş tamaşaçı auditoriyası qazanıb.

BiG.AZ xəbər verir ki, respublikamızın siyasi, iqtisadi, humanitar həyatında baş verən yeniliklərə dair xəbərləri, reportajları, müsahibələri mövzusunun aktuallığı, ekran-efir həlli, operativliyi və dolğunluğu ilə həmişə diqqəti cəlb edən "Space TV" bu gün 20 yaşını qeyd edir.

Bu münasibətlə "BiG GrouP" kollektivi adından "Space Tv" əməkdaşlarını ürəkdən təbrik edir, onlara fəaliyyətlərində uğurlar diləyirik.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 188 Tarix: 12.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol