Mitinqə gedən aktyor əsəbiləşdi: "Onu polisə verəcəm" - AÇIQLAMA

Mitinqə gedən aktyor əsəbiləşdi: "Onu polisə verəcəm" - AÇIQLAMA

Milli Şuranın oktyabrın 7-də “Məhsul” stadionunda keçirtdiyi mitinqə qatıldıqları üçün tanınmış aktyorlar Abbas Qəhrəmanov, İlqar Cahangir və Ayşad Məmmədlinin fəaliyyət göstərdikləri teatrdan kənarlaşdırıldıqları bildirilir. Hətta aktyorların çəkildikləri seriallardan da uzaqlaşdırılacağı deyilir.

BiG.AZ yenicag.az-a istinadən xəbər verir ki, Abbas Qəhrəmanov haqqında yayılan xəbərdən əsəbiləşib:

“Bu xəbərləri kimin yaydığını təxmini bilirəm. Bu, bir neçə nəfərin işidir. Mən siyasətə qarışmıram, yaradıcılıq işlərimlə məşğulam. Çünki siyasətə qatılsam, sənətim bir tərəfdə qalar. Mitinqə isə sadəcə, maraq xatirinə getmişdim ki, görüm bu müxalifət inkişaf edir, ya yox. Gördüm ki, heç bir irəliləyiş yoxdur, qayıdıb gəldım evə. Sonradan eşitdim ki, mitinqə getməyimi şişirdib danışıblar. Ardınca da xəbər yayıblar ki, guya işdən çıxarılmışam, oynadığım seriallardan uzaqlaşdırılmışam. Azdramadan mənə zəng oldu, soruşdular ki, mitinqə getmisən, ya yox? Cavab verdim ki, getmişəm. Amma mənə işdən çıxarıldığımı deyən olmadı. İndi də teatra gedirəm. ATV rəhbəri ilə də görüşümüz olub, serialdan uzaqlaşmağım barədə heç bir söhbəti yoxdur. Bu xəbərləri yayan adamları polisə verəcəm, bu söhbətin axırına çıxacam”.
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2284 Tarix: 11.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Fermer
Fermer 12.10.2017
teze vezife pul teqaud yardım isteyirler .anccaq aktyorlar dilenci gınundedi axı bu olkede


 
Mikii
Mikii 11.10.2017
Buna deyesen yaxwi qulaqburmasi veribler .Eger heqiqeten de bu maraglanirsa internetnetden de baxib maraglanmag olardi .Gedenden sonra bele qorxaq aciqlama vermek kiwiye yarawmir.Bes hani bu milletin serbest toplawmaq azadligi?