Xəritələr yayılır, müəlliflər söyülür, hərçənd ki, müəlliflər Qarabağ qazisidir...

Xəritələr yayılır, müəlliflər söyülür, hərçənd ki, müəlliflər Qarabağ qazisidir...Son günlər orta məktəb dərslikləri, xüsusilə 10-cu sinif "Ümumu tarix" (rus bölməsi) dərsliyinin 32-ci səhifəsində getmiş xəritə ətrafında süni surətdə yaradılmış qalmaqal səngimək bilmir. Müxtəlf "şəxslər" fürsət gözləyirmiş kimi öz rəqiblərinə qarşı ən çirkin və ləyaqətsiz piar, qaralama aksiyası keçirməkdədir.

Nazirliyi müdafiə etmək, yaxud onların əməllərinə haqq qazandırmaq fikrimiz yoxdur. Hətta təxribat olsa belə. Dərsliklərin son variantına dərslik şöbəsi tərəfindən baxılmalı, diqqətlə incələnməli, sonra isə nəşrinə icazə verilməli idi. Lap götürək ki, elmi baxımından "ərməniyyə" adlanan coğrafi məkanın özlərini "hay" adlanan üzdəniraq və bədnam qonşularımızla eyiliyi olmasa da. Məsələ belədir ki, qaydalara görə müəlliflər dərsliyi yazır komissiyaya təqdim edir. Nazirlik dərsliyi ekspertizadan keçirir, yoxlatdırır, yaxşı mənada "pulunu" verib alır və s. Beləliklə, mülkiyyət keçir Nazirliyin, bu halda dövlətin ixtiyarına. Deməli, bütün hüquqlar qalır Nazirliyin ixtiyarında. Problem və başqa bu kimi situasiyalarda buna təhsil Nazirliyi cavab verməlidir. Bu işin hüquqi tərəfi.

Müəlliflərdən isə qaranlıq məqamlara aydınlıq gətirmək üçün açıqlamalar alına bilər. Onların buna cavab verib verməməsi isə öz işləridir. Qanunla izahat yalnız Nazirliyin istəyi ilə alına bilər. "Ümumi təhsil sistemində dərsik siyasəti" adlı qanunun 6-cı maddəsində yazılır: "Sifariş yolu ilə yaradılmış dərsliklərin nəşr və yayım hüququ Təhsil Nazirliyinə məxsusdur."(Mənbə: http://edu.gov.az/az/page/162/537 ).

Maraqlı bir tendensiya yaranır, dərsliyin qiymətləndirərkən Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin və AMEA-nın müvafiq ekspertləri də axı bu dərslikləri "yoxlamışdılar. Eyni zamanda 2017-ci ilin fevral ayından Təhsil Nazirliyi həmin dərslikləri elektron halda ictimai müzakirəyə çıxarmışdı? Niyə bütün bu mərhələlərdə "nöqsan" görünmədi?
Bundan başqa, təhsil Nazirliyi həmin kitabları yığışdırıb "texniki səhvi" düzəltsəydi və bundan ictimaiyyətin xəbəri olmasaydı və yaxud bu qədər ictimai müzakirə olmasaydı, nə olardı? Bəlkə, bu ictimai müzakirəni yaradanlar, genişləndirənlər elə həmin xəritəni rus variantında "peyda" edənlərdir?

Xəritələr yayalır, paylaşdırılır, paylaşılır. Müəlliflər günahkar bilinir, söyülür, təhqir olunur, aşağılanır. Baxmayaraq ki, müəlliflərin ikisi Qarabağ qazisi, biri Qaranağ əlilinin övladıdır. Baxmayaraq geniş ictimaiyyən həmin adamları yaxşı tanıyır, onların vətəni sevməsini yaxşı bilir.

Deməli, yad əllər var, insanların həssas nöqtələrinə toxunaraq məqsədlərinə nail olmaq istəyirlər. Bu, gizli əl kimindir? Kim problemin daha da qabarmasını istəyir? Kim qazanır? Kim öz məqsədinə nail olur? Minlərlə insanın təhdidinə məruz qalan həmin müəlliflərmi, yoxsa işi şişirdib dünya mətbuatına çıxarmaq istəyən, qardaşı qardaşa qırdımaq istəyən həmin gizli əllərmi?

Araşdırmamız nəticəsində Kamran Əsədovun müəllifliyi olduğunu müəyyən etdyimiz həmin dərslikdən bir parçanı tirajlayırıq: "Səlibçiləri özlərinə dayaq görən ermənilər də səlcuqlara qarşı mübarizədə onlara kömək göstərdilər"... "Hamı tərəfindən nifrət edilən.: Antioxiya şəhərinin səlibçilər tərəfindən işğal olunmasında islam dinini təzə qəbul etmiş xəyanətkar bir erməni əsas rol oynadı. Vəd olunmuş mükafata o, xristianlığı qəbul etmiş, gecə səlibçilərin şəhərə daxl olmasına şərait yaratmışdı. Bu hərəkətinə görə o hamının nifrətini qazanmışdı" (səh.93)

Bu kimi ifadələr dərslikdə kifayət qədərdir. İndi sizcə kim vətənini daha çox sevə bilər: dayısı oğlu Qarabağ döyüşlərində itkin düşmüş, atası Qarabağ əlili olan birisimi yoxsa həmin gizli əlin havadarlarımı?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1339   Tarix: 11 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25.04.2024 843
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

25.04.2024 860
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 414
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 261
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 694
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 135
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 586
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25.04.2024 266
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 438