Tələbələr üçün ən rahat və asan iş imkanları

Tələbələr üçün ən rahat və asan iş imkanlarıArtıq bu gerçəkliyi bilməyən insan yoxdur: tələbəlik dövründə insana ən çox lazım olan şey puldur. Universitetə qəbul olan insanlar artıq yavaş-yavaş müstəqilləşməyə və sərbəst olmağa başlayırlar. Lakin gəlir yeri olmayanlar maddi baxımdan ailələrindən asılı vəziyyətdə qalırlar. Bu da müəyyən problemlərə yol açır.

BiG.AZ bu problemlərdən qurtulmaq və müstəqil şəkildə pul qazanmaq istəyən tələbələrə sərbəst iş imkanları olan sahələri təqdim edir.

1. Köhnə əşyalar

İstifadə edilməyən köhnə, yaxud antik ev əşyaları, elektrik avadanlıqları və geyimləri internet vasitəsilə satışa çıxara bilərsiniz. Bunun sayəsində həm artıq əşyalardan qurtulmaq, həm də əlavə gəlir yeri təmin etmək olar.

2. Əl işi

"Əl işini sadəcə qadınlar bacarar" deyimini artıq unutmaq lazımdır. Kişilər də bu sahədə olduqca keyfiyyətli işlər görə bilirlər. Əl işi sahəsində bacarığınız varsa, düzəltdiyiniz məhsulları internet vasitəsilə rahatlıqla satışa çıxara bilərsiniz. Bu sahə son zamanlarda dəb halını alıb.

3. Xidmətlər

Uşaqlar, heyvanlar və yaşlılarla aranız yaxşıdırsa, onlara xidmət etmək sahəsində iş tapa bilərsiniz. Baxıcılıq işi son zamanlarda ən çox tələbat olan sahələrdən birinə çevrilib. Bu sahədə həm çevrəniz genişlənər, həm də hər hansı bir mövzuda sizə yardım edə biləcək insanlarla tanış ola bilərsiniz.

4. Sərbəst iş

Fikirlərinizi ifadə edə bilmək mövzusunda özünüzə güvənirsinizsə, onlayn yayım və yazılı fəaliyyət göstərən saytlara müraciət edə bilərsiniz.

5. Özəl dərs

Mütəxəssisi olduğunuz və ya çox yaxşı bacardığınız bir sahədə özəl dərs vermək həm öz dünyagörüşünüzü və bilgilərinizi artırmaq, həm də pul qazanmaqda sizə avantaj qazandıra bilər. Ölkəmizdə hazırda Azərbaycan və ingilis dili, riyaziyyat, musiqi və rəsm özəl dərslərlə öyrədilir.

6. Bloq reklamları

Bir bloqunuz varsa, onun sayəsində gəlir əldə edə bilərsiniz. Bloqunuz tanındıqca oraya müxtəlif pullu reklamlar qoya bilərsiniz. Bloqunuz populyarlaşdıqca bu sahə əsas gəlir mənbəyinizə də çevrilə bilər.

7. Məqalə yazmaq

Bacarığınız və bilginiz olan bir sahədə məqalələr və araşdırmalar yazaraq, onları aid olduğu saytlara müəyyən məbləğ qarşılığında verə bilərsiniz. Ancaq yazmadan öncə məqaləni göndərəcəyiniz ünvanla əlaqə qurun. Onlara bu işdə nə qədər həvəsli olduğunuzu sübut edin. Rədd edilsəniz də, işin izini buraxmayın. Yazılarınız keyfiyyətli olduqca sizə dəyər verən biriləri, əlbəttə, tapılacaq.

8. Köhnə kitablar

Hər tələbənin oxuyub bitirdikdən sonra bir küncə atdığı kitabları yox deyil. Həmin kitabları ikinci əl kitab satan məkanlara verməklə, yaxud internetdə satışa çıxarmaqla yenidən pula çevirmək olar.

9. Fotoqraflıq

Foto çəkməklə bağlı bacarığınız və "gözünüz" varsa, professional bir kamera alaraq bu işə başlamaq yaxşı fikirdir. Məktəblərdə, universitetlərdə və kurslarda özəl günlər və məzuniyyət tədbirlərini ölümsüzləşdirə və bununla yaxşı pullar qazana bilərsiniz.

10. Öz işinizi qurun

İndiyə qədər etmək istəyib də, reallaşdırmadığınız bir iş varsa, düşünmədən onu həyata keçirməyə cəhd edin. Çünki ən uzun səfərlər belə kiçik bir addımdan başlayır. (publika.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1799   Tarix: 24 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329