Ukraynada azərbaycanlı avtoritetlər tutuldular: ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ - VİDEO

Ukraynada azərbaycanlı avtoritetlər tutuldular: ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ - VİDEO

Ukrayanın cənubi-şərqində yerləşən Kirovoqrad vilayətində xüsusi əməliyyat keçirilib.

BiG.AZ cripo.com.ua saytına istinadən xəbər verir ki, əməliyyatın gedişatında “Şaşlıçnıy” restoranında keçirilən “Sxodka”da iştirak edən 27 kriminal avtoritet saxlanılıb.
Restoranda Ukraynanın mərkəz regionunun - Kirovoqrad, Dneprepetrovsk və Nikolayev vilayətlərinin kriminal avtoritetlərinin toplantısı keçirilirdi. Təsir sahələrinin yenidən bölüşdürülməsi üzrə məsələnin həlli avtoritetlərin görüşünün əsas məqsədi olub.
Saxlananlardan odlu silahın bir neçə vahidi, həmçinin iki avtomat, qumbara və bir neçə tapança götürülüb.

Avtoritetlər arasında azərbaycanlıların da olduğu bildirilir.

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1318 Tarix: 22.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol