SON DƏQİQƏ! Hərbi Akademiyada PARTLAYIŞ - Ölən və yaralanan var

SON DƏQİQƏ! Hərbi Akademiyada PARTLAYIŞ - Ölən və yaralanan var

Çexiyanın Vışkove şəhərində Hərbi Akademiyanın ərazisində əl qumbarası partalyıb.

BiG.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə ölkə Müdafiə Nazirliyinin nümayəndəsi Yan Peyşek xəbər verib.

İnsident nəticəsində 1 nəfərin öldüyü, daha bir nəfərin isə yaralandığı bildirilib.

Məlumata görə, əl qumbarasının partlaması nəticəsinə yaralanan şəxs gözündən xəsarət alıb.

Hadisənin baş vermə səbəbləri hələ məlum deyil. Müdafiə Nazirliyi nümayəndəsinin sözlərinə görə, faktla bağlı hərbi polis araşdırmalara başlayıb.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 11645 Tarix: 20.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol