Qanunu pozan sürücü polisi görüb GÖRÜN NƏ ETDİ - VİDEO

Qanunu pozan sürücü polisi görüb GÖRÜN NƏ ETDİ - VİDEO

Bakıda yol polisindən qorxan sürücü etdiyi səhvi düzəldərkən ondan da böyük səhv edib.

BiG.AZ avtosfer.az-a istinadən xəbər verir ki, 90-LH-914 qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobilin sürücüsü sentyabrın 7 də A.M.Şərifzadə küçəsindən sağa Müzəffər Həsənov küçəsinə dönmək istəyən zaman svetoforun yaşıl işığından sarı işığına keçən zaman yolayrıcına daxil olmaq istəyib. Lakin sağda YPX avtomobilinin dayandığını görən sürücü qorxusundan qəfil tormoz verib piyada keçidinin üstündə duraraq yaşıl işığın yanmasını gözləyib.

Ölkəmizdə bu tip sürücülər çoxdur. Onlar polisi görən kimi intizamlı olur, polis olmayan yerdə isə yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Odur ki, “yol polisi nəyə lazımdır, hər yerdə kamera var” deyənlər bu videoya diqqətlə baxsın...

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1136 Tarix: 14.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol