Seyfi oğurlanan Nazpəri Dostəliyeva: "O alçağı evimə göndərəni..."

Seyfi oğurlanan Nazpəri Dostəliyeva: "O alçağı evimə göndərəni..."

Xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə şübhəli bilinən 4 nəfər saxlanılsa da, oğurluq mallar hələ də geri qaytarılmayıb. Hərçənd bir müddət öncə, oğurlanan zinət əşyalarının bir hissəsinin müğənniyə qaytarıldığı barədə xəbərlər yayılmışdı.

BiG.AZ yenicag.az-a istinadən xəbər verir ki, sənətçi ona heç nəyin qaytarılmadığını bildirib:

“Mən ümumiyyətlə, bu barədə bir kəlmə də olsun danışmaq istəmirəm. Qısa olaraq deyim ki, bunlar hamısı fərziyyə və yalan söhbətlərdir, mənə heç nə verməyiblər. İstintaq bunu müəyyənləşdirəcək. Saxlanılanlardan biri – o alçaq insan intihara cəhd məqsədi ilə özünü yaraladığı üçün iş müvəqqəti olaraq dayanıb. Mən gözləyirəm. Onu mənim evimə göndərənin kimliyini öyrənəcəm”.

Qeyd edək ki, avqustun 19-da N. Dostəliyevanın Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi 15 ünvanında yerləşən evindən içərisində pul və sənədlər olan seyfi oğurlanıb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1685 Tarix: 14.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol