"Elə bil ki, toyuq başı kəsir" - Kişi sevgilisi və onun atasını öldürdü - VİDEO

"Elə bil ki, toyuq başı kəsir" - Kişi sevgilisi və onun atasını öldürdü - VİDEO

Abşeronda dəhşətli qətl törədilib.

BiG.AZ ARB TV-yə istinadla xəbər verir ki, Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxslərin Müşfiq qəsəbə sakinləri -64 yaşlı Allahverdi Əsədov və onun qızı, 38 yaşlı Samirə Əsədova olmaları müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində məlum olub ki, qətli Əsədova ilə qeyri-rəsmi nikah münasibətində olan Sahib Hacıyev törədib.

Belə ki, Sahib Hacıyev idarə etdiyi "Mercedes" markalı avtomobillə Allahverdi Əsədovun sükanı arxasında olduğu "VAZ 2107" markalı nəqliyyat vasitəsini təqib edib. Sulutəpə ərazisində qəza şəraiti yaradaraq, VAZ-ı dayandırıb. Avtomobildən düşərək Samirə Əsədovanın boğaz nahiyəsinə bıçaq zərbəsi vuraraq, onu qətlə yetirib. Daha sonra isə qızın atası ilə əlbəyaxa davaya çıxıb. Bu zaman onu da bıçaqlayıb və hadisə yerindən uzaqlaşaraq, polisə təslim olub.

Elvin Abışov - Hadisə Şahidi: "Nəsə söhbət düşdü, başladı qızı vurmağa. Sonra kişi düşdü. Kişi ilə əlbəyaxa çıxdı. Kişini də vurdu. Qızın yanına gəlib başladı qızı dərmədeşik eləməyə. Keçdi oğlanı da öldürdü. Dedi ki, ailə məsələsidi, yaxın durmayın. Elə bil ki, toyuq başı kəsir, insan o hərəkəti etməz".

Faktla bağlı araşdırma aparılır.




f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2917 Tarix: 12.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Melekcema
Melekcema 12.09.2017
Indiki insanlar hamsinin psixi xesteliyu var kim arvadin kim bacisin heta atasin basin kese ler var bu ne zemanedi biz yasayirik