"Skelet kimi" modellər tarixə qovuşacaq: Məşhur markalar arıqlardan imtina edir

"Skelet kimi" modellər tarixə qovuşacaq: Məşhur markalar arıqlardan imtina edir

Fransanın “Kerinq” və “LVMH” adlı iki böyük moda şirkəti izləyicilərin çoxsaylı tənqidlərinə cavab verib.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, şirkətlər artıq çox arıq olan modellərlə işləməyəcək.
Özündə “Christian Dior”, “Givenchy”, “Gucci”, “Saint Laurent”, “Alexander McQueen”, “Stella McCartney”, “Marc Jacobs” kimi markaları birləşdirən şirkətlər ölçüsü 34-dən aşağı olan modelləri işə götürməyəcək.

Şirkətlərdən verilən açıqlamaya görə, onlar bu addımı modellərin sağlamlıqlarını qorumaq və qarantiyə almaq məqsədilə atıblar. Şirkətlər eyni zamanda, 16 yaşdan kiçik olan modelləri də podyuma çıxarmayacaqlar.
Fransa hökuməti daha öncə modellərin səhhəti, çəkisi və yaşı ilə bağlı qanun layihəsi qəbul etsə də, moda şirkətlərinin bu addımı daha faydalı olaraq qəbul edilib.
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 2127 Tarix: 10.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Feminaimortalis
Feminaimortalis 10.09.2017
adam irgenir.heyif deyil baliq kimi qadin