Bizi kökəldən hormonlar... - Ən ağır pəhrizlərin də onlara gücü çatmır

Bizi kökəldən hormonlar... - Ən ağır pəhrizlərin də onlara gücü çatmırBu gün dünyada ən çox şikayət olunan xəstəliklərdən biri piylənmədir. Xüsusən qadınların əziyyət çəkdiyi kökəlmə və piylənmənin müxtəlif səbəbləri var. Lakin xəstəliyin səbəbi hormonal disbalansdırsa, onu sağaltmağa heç bir pəhriz kömək edə bilməz.

BiG.AZ medicina.az-a istinadən bildirir ki, çəkiyə nəzarət edən hormonlar endokrin vəzlər tərəfindən yaradılır.

Orqanizm tükənmiş, gücsüz, stress, həyəcanlı vəziyyətdə olduqda kortizol hormonu daha çox ifraz olunur. Kortizol isə "acgöz" hormondur, iştahı artırır. Xüsusən şəkər və şirniyyatı tələb edir. Bu hormonun aktivləşməsi ilə insulin istehsalı da artır.

Daha bir çəki hormonu - serotonindir. Onun əsas vəzifəsi beyinə "toxluq" əmri verməkdir. Serotonin az olanda, toxluq əmri keçərli olmur, çəki də azalmır. Bu hormonun az olması enerji azlığı yaradır, fiziki aktivlik azalır, insan tənbəlləşir, iştah artır, yeməyə tələbat çoxalır.

Qrelin - mədədə ifraz olunan daha bir çəki tənzimləyici hormondur. Onun vəzifəsi "aclıq" siqnalı ötürməkdir. Əgər qrelin həddən artıq çoxdursa, siz daim ac olacaqsınız, çox yeyəcəksiniz. Bu da kökəlməyə səbəb olacaq. Qrelin əsasən qarın və beldə piylərin toplanmasına səbəb olur.

Qalxanabənzər vəz də maddələr mübadiləsi və çəkiyə təsir edir. Onun zəif və ya sürətli fəaliyyət göstərməsi, hipoterioz yaradır ki, bu zaman az kalori yandırılır, fiziki aktivlik nəticə vermir. Sürətlə çəki yığılır, qəbul olunmuş kalorilərin orqanizmdə, bədəndə yığılması prosesi daha sürətli gedir. Qalxanabənzər vəz problemləri olanlar həm də ciddi çəki itirmə problemi yaşaya bilər.

Odur ki, xüsusən xanımlar arıqlamaq üçün idman, masaj və pəhrizlər axtararkən, hormonlarını da yoxlatmalıdırlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2097   Tarix: 10 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soğan qabığını atmayın - Sağlamlığı və görünüşü yaxşılaşdırır

Hər kəs soğanın faydalarını bilir, lakin onların qabıqlarının sağlamlıq və gözəllik üçün də inanılmaz dərəcədə faydalı olduğu çox az adama məlumdur. Soğan qabığı bir çox faydalı xüsusiyyətlərə malik unikal məhsuldur. xarici mətbuata istinadən xəbər verir ki, soğan qabığının sağlamlıq üçün bir sıra faydalar

10.03.2024 812
.

ABŞ-də bu mövsüm azı 16 min insan qripdən ölüb

ABŞ-də bu il mövsümi qripdən azı 16 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin dərc etdiyi məlumatda deyilir. ABŞ-nin bəzi ştatlarında mövsümi qripə yoluxma hallarında artım qeydə alınır. Ötən həftə qrip virus

18.02.2024 788
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 515
.

Yaşlanmanı gecikdirən qidalar

Bilirik ki, yediklərimiz sağlamlığımıza böyük təsir göstərir. Çoxumuz yeməklərimiz üçün sağlam qidalar seçmək üçün əlimizdən gələni edirik. Bol tərəvəz istehlak etmək, işlənmiş ət və şəkəri minimuma endirmək sağlam yaşlanma üçün yaxşı başlanğıcdır. Axşam.az xəbər verir ki, seçdiyimiz qidalardan bəzilər

21.01.2024 1309
.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 824
.

Mədə ağrısı olanların diqqətinə

Mədə müxtəlif səbəblərə görə ağrıya səbəb ola bilər. Tətbiq edəcəyiniz sadə üsullarla mede agrisi xilas ola bilərsiz. xəbər verir ki, ağrın başlayanda daha rahat bir mövqeyə keçərək, qidalanmaya ara verməyiniz lazımdır. Beləliklə, ağrının haradan qaynaqlandığını anlaya bilərsiniz. Mədə ağrısı səbəblər

23.03.2024 23323
.

Yuxu zamanı ağızdan axan maye nəyi göstərir?

Yuxu zamanı ağızdan axan suyun ölümcül xəstəliklərin əlaməti ola biləcəyi vurğulanıb. Yuxu zamanı suyun axması ümumiyyətlə normal fizioloji prosesdir. Yuxu zamanı bədən rahatlaşır və əzələlər rahatlaşır. Bu, həmçinin ağız və boğaz əzələlərinin rahatlamasına səbəb olur ki, bu da tüpürcəyin sərbəst axmasın

11.02.2024 1097
.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 945
.

Həkimlərdən təhlükəli ağrıkəsicilər barədə XƏBƏRDARLIQ

Dəri prosedurları zamanı istifadə edilən tərkibində lidokain olan ağrıkəsicilər qıcolma və ürək problemlərinə səbəb ola bilər. Bu barədə ABŞ Qida və Dərman Administrasiyasına (FDA) məlumat verib. Lidokainli kremlər, gellər, spreylər və sabunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsin

07.04.2024 442