Antarktidada elmə məlum olmayan canlılar yaşayır — Alimlərdən yeni İDDİA

Antarktidada elmə məlum olmayan canlılar yaşayır — Alimlərdən yeni İDDİA

Avstraliyalı elm adamları yeni iddia ilə çıxış ediblər.

BiG.AZ ölkə.az-a istinadən xəbər verir ki, iddiaya əsasən Cənub yarımkürəsinin ən uc nöqtəsindəki Antarktidada buz təbəqəsinin altında aktiv vulkanların isitdiyi mağaralarda daha əvvəlcə kəşf edilməmiş bitki və heyvan növləri yaşaya bilər.

Antarktidanın Ross adasındakı akiv Erebus vulkan dağının ətrafında buxarla açılmış mağaralar var. Bu mağaralardan götürülən torpaq nümunələrində yosun və kiçik heyvanlara məxsus "DNA" izləri tapılıb. Bildirilir ki, mağaraların içi həqiqətən istidir. Bəzilərində tempratur +25 dərəcəyə qədər qalxır.

Yeni Zellandiyanın Vaykato universitetinin alimi professor Kreyq Keri bildirir ki, əvvəllki tədqiqatlarda mağaralarda müxtəlif bakteriya və göbələk izlərinə rast gəlinib. Yeni tədqiqatlar nəticəsində başqa bitki növləri və heyvanlar da kəşf edilə bilər.

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 2106 Tarix: 09.09.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər