Qurban Qurbanovdan sərt reaksiya: "Oyunçularımızın bu cür reklam olunmasına qarşıyam"

Qurban Qurbanovdan sərt reaksiya: "Oyunçularımızın bu cür reklam olunmasına qarşıyam"Azərbaycan Premyer Liqasının 2-ci turunda evdə "İnter"ə minimal hesabla qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:

-Bizim üçün vacib oyun idi. Çətinliklərimiz olsa da, futbolçular sona kimi mübarizə apardılar. Əsas odu 3 xal əldə etdik. "İnter"ə gələn oyunlarda uğurlar arzulayıram.

-Əvəzetmələri oyunun gedişinə uyğun fikirləşdiz?

-Düzü, bir əvəzetməni əvvəlcədən planlaşdırmışdım. Digərləri isə oyunun gedişinə uyğun olaraq etdim.

-Sizcə, bu oyun daha çətin idi, yoxsa "Kopenhagen"lə?

-Məncə, pis oynamadıq. Bu gün şans qazanan futbolçularda oyun təcrübəsi az idi. Belə olanda, istər-istəməz çətinliklər olur. Yaxşı fürsətlərimiz oldu. Bəzi texniki səhvlər etsək də, ümumilikdə yaxşı oynadıq. Düzdü, daha yaxşı ola bilərdi.

-Jezniçakın ilk "23"-lükdə olmamasının səbəbi nə idi?

-Ansi Aqolli ilə Yakun Jezniçaka tam istirahət vermişdim.

-Komanda oyunun gedişində üçlü müdafiəyə keçmişdiz...

-Biz əvvəllər də belə edirdik. Komanda hücumda olanda geridə 3 müdafiəçi qalır.

-Qapıçılarla bağlı rotasiyanı avrokuboklarda da görəcəyik?

-Qapıçıların təcrübə toplaması əsasdı. Çalışacağam ki, ikisinə də şans verim.

-Düşünmürsüz ki, Əfran bugünkü qolla özünə gəldi?

-Bilmirəm, Əfranı kim tənqid edir. Onlar nədən narazıdılar? Bizdə bu dəb halını alıb. Bir nəfər fikir bildirir, hamı həmin şəxsin üzərinə düşür. Buna normal baxıram. Belə şeylərə fikir verməməliyik. Ola bilər, bundan sonra iki-üç ay sonra qol vursun. Bu gün Əfran komandaya faydalıdı deyə burdadı. Açığı mən sosial şəbəkələrə girmirəm. Yəqin bu sözləri yazanların həmin vaxt kefləri yerində olur (gülür). Yenə deyirəm, bu gün Əfran komandaya faydalı oyunçudu. Keçən mövsümdə bizim üçün bir neçə faydalı qollar vurub. Elə kubokun finalında da meydanda ən yaxşılardan idi.

-Mahir Mədətov son vaxtlar formadadı. Onun mətbuatın gündəmində olması sizi narahat ertmir ki?

-Fikirləşin, mən futbolçuları oyunlara hazırlamaqla yanaşı, sosial şəbəkədəki fikirlərdən də qorumalıyam. Həmişə çalışıram ki, futbolçularım belə şeylərdən uzaq olsunlar. Futbolçu psixologiyası elədi ki, 99,9 faizi belə hallarda "ulduz xəstəliyi"nə tutulur. Bir çox oyunçu olub ki, şan-şöhrət onların karyerasına ziyan vurub. Bu gün mən Mahirə görə narahatam. "Kopenhagen"lə oyunda qol vurduqdan sonra əvvəlki oyunun 50 faizini oynamadı. Buna görə, gənc oyunçularımızın bu cür reklam olunmasına qarşıyam. Bu cür şeylərin həddi var. Elə ola bilər ki, mən də onlarla fərdi söhbətlərdən yorulum.

-Ola bilər ki, vacib oyunlardan öncə futbolçulara sosial şəbəkələrdən istifadə qadağa edilsin?

-Elə olur ki, futbolçu özü bununla maraqlanır. Dəfələrlə olub ki, futbolçulara müsahibə verməyi qadağan etmişəm. Ancaq buna nəzarət etmək çox çətindi. Təəssüf ki, bizim hətta ən bacarıqlı futbolçularla bağlı belə problemlər olub.

-"Kopenhagen"in stadionu "Park"dakı atmosfer sizi qorxutmur ki?

-Bizim dəfələrlə çətin oyunumuz olub. Hətta elə olub ki, oyun zamanı böyük təzyiqlə üz-üzə qalmışıq. Çalışacağıq ki, komanda soyuqqanlı olsun. İlk dəfə deyil belə stadionda oynayacağıq. Həyəcan olacaq. Ancaq bu məsələylə bağlı futbolçularla danışacam.

-İlk dəfədi ki, Azərbaycan klubu ÇL-in bir addımlığındadı. Bu, komandaya psixoloji cəhətdən necə təsir edir?

-Psixoloji amil əsasdı. Bu yolda daim çalışırıq. "Kopenhagen"lə oyun üçün bir az daha artıq çalışacağıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1890   Tarix: 19 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çində xəstəxanada bıçaqlı hücum nəticəsində 10-dan çox adam ölüb

Çində xəstəxanada bıçaqlı hücum nəticəsində 10-dan çox adam ölüb. xəbər verir ki, Çinin Sinxua agentliyinin xəbərinə görə, hücum Yunnan əyalətinin Kaotonq əyalətindəki Cinxiong Rayon Xalq Xəstəxanasında bıçaqla həyata keçirilib. Səlahiyyətlilər hücumda 10-dan çox adamın öldüyünü bildirib və hücum edəni

07.05.2024 420
.

Paşinyan 44 günlük müharibəni administrasiyasının ən mühüm uğursuzluğu kimi qiymətləndirib

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni administrasiyasının ən mühüm uğursuzluğu kimi qiymətləndirib. xəbər verir ki, o bunu mayın 7-də keçirdiyi mətbuat konfransında deyib. Baş nazir 44 günlük müharibədən qaçmağın niyə mümkün olmadığını izah edib. "2018-ci ildən Dağlıq Qarabağd

07.05.2024 313
.

Bakıda kişi sevgilisinə "mənim olmalısan" deyib qanını tökdü

Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən "Sahil bağı" parkında "yox" cavabı aldığı üçün sevdiyi qızı bıçaqlayan şəxsə hökm oxunub. "Qaynarinfo"nun məlumatına görə, 1997-ci ildə Şəki şəhərində anadan olmuş Sadıq Hüseynovun (soyad şərti) cinayət işinə Bakı Ağır Cinayətlə

10:45 476
.

Mövsümdən əvvəl yetişən alça ziyanlıdırmı?

Bu gün bazarlarda havaların soyuq keçdiyini nəzərə alaraq mövsümdən əvvəl alça və çiyələkləri piştaxtalarda görmək olar. Həddindən artıq iri alçalar və digər meyvələr göz oxşasa da bəs sağlamlığımız üçün ziyanlıdırmı?. Mövzu ilə bağlı BİG.AZ-A qida eksperti Məhsəti Hüseynova açıqlama verib. O bildiri

15:03 91
.

"Greencard" qalibləri başlanğıcda kuryer,ofisiant kimi ağır işlərdə çalışırlar" - 2021-ci il qalibi

Yaxın günlərdə "Greencard" nəticələri açıqlandı. "Greencard" ABŞ-də işləmək və yaşamaq üçün verilən sənəddir. 2021-ci il "Greencard" qalibi Vüqar Məmmədli(ad şərtidir) -a bildirib ki, "Greencard" qalibi olmaq ABŞ-yə gedən kimi işlə təmin olunmaq demək deyil. 1

16:27 347
.

Ögey atasını öldürmüşdü, cəza verilmədi

Ögey atasını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Elgün Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan araşdırma zamanı müttəhimin hadisəni törədərkən anlaqsız vəziyyətdə olması sübut olunub. Prokuro

12:23 542
.

Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək

Dövlət İmtahan Mərkəzi mayın 12-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək. Mərkəzdən BİG.AZ-a verilən məlumata görə, həmin gün ali və ort

15:46 143
.

İsrailin Rafaha bomba hücumu: 2 ölü

İsrailin Qəzza zolağının cənubundakı Rafah şəhərində bomba hücumu olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 2 fələstinli ölüb, daha bir neçə nəfər yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi "WAFA" məlumat yayıb. Qəzzanın Misirlə Rəfah sərhəd keçidinin Fələstin tərəfini ələ keçirdiy

10:45 119
.

Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı

Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırılıb. Buna səbəb ötən gün 40 nəfərə yaxın sakinin toyuq dönərindən zəhərlənməsi göstərilir. Bizim.media xəbər verir ki, ötən gün günün ikinci yarısından başlayaraq gecə saatlarına kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qruplarına ai

11:20 238