Tanınmaz hala düşən Faytonçu Nazim: "Məni azərbaycanlı həkimlər bu hala saldı..."

Tanınmaz hala düşən Faytonçu Nazim: "Məni azərbaycanlı həkimlər bu hala saldı..."

Xərçəng olduğu deyilən Faytonçu Nazim BiG.AZ-a danışıb. O, xərçəng xəstəliyindən əziyyət çəkməsi ilə bağlı gəzən xəbərləri təkzib edib. Günü-gündən arıqlayıb bir dəri, bir sümük olan müğənni bildirib ki, onu bu hala azərbaycanlı həkimlər salıb:

"Həkimlərin səhv əməliyyatlarına görə bu qədər çəki itirdim. Azərbaycanda məni bu hala saldıqlarına görə öz həkimlərimizə etibar etmədim, İzrailə üz tutdum. Lakin orada da dərdimə bir çarə tapılmadı. Son olaraq Türkiyəyə yollandım. 3 ay ərzində bir neçə əməliyyat keçirdim. Ən ağırı isə öd kisəsindən keçirtdiyim əməliyyat oldu. İndi vəziyyətim normaldır. İtirdiyim çəkini yavaş-yavaş geri alıram".

Faytonçu Nazim əməkdaşımızla söhbəti zamanı giley edib ki, ona bu ağır günlərində bəzi dost-tanışı arxa durmayıb:

"Xəstəliyimlə bağlı bir çox xəstəxanalarda yatdım. Bütün xəstəxana xərclərini özüm ödədim. Başqaları mənə maddi yardım etmədi".

Maira Namazova

Tanınmaz hala düşən Faytonçu Nazim: "Məni azərbaycanlı həkimlər bu hala saldı..."
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 19926 Tarix: 18.08.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
_MATiLLA_
_MATiLLA_ 18.08.2017
Allah köməyi olsun


 
olmus_arzular
olmus_arzular 18.08.2017
Allah wefa versin


 
vetenperver
vetenperver 18.08.2017
dost evin ailen,cibivin pulu,,,


 
Fioletta
Fioletta 18.08.2017
dost var indi? askariddiler bagirsaq qurdu kimi pulun varsa yeyib icmeyde yanindadilar eleki yixildin yoxa cixacaqlar. bilmirlerki bu gunden onlarada var