Kəşfiyyat düşmən ölkəyə girdi: Putin İrəvana ordu yeridə bilər – Ermənistanda SİYASİ DÖYÜŞ

Kəşfiyyat düşmən ölkəyə girdi: Putin İrəvana ordu yeridə bilər – Ermənistanda SİYASİ DÖYÜŞErmənistanda anti-Rusiya əhval-ruhiyyəsi pik həddə çatıb.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq, şərqşünas Karine Qevorqyan deyib.

Onun fikrincə, Rusiyanın Ermənistanda aktivliyi azdır, əvəzində Qərb onun yerini doldurur: "Ermənistanda bir çox fondlar və siyasətçilər ABŞ tərəfdarı kimi çıxış edir. Bu halda Amerikadakı erməni icmasının da rolu böyükdür. Bu gün Ermənistan Maydan dövrünün Ukraynasını xatırladır".

Yaranmış bu vəziyyət Rusiyanı narahat edir, xüsusilə erməni hərbi birləşmələrinin NATO-nun Gürcüstanda keçirdiyi sonuncu təlimlərə qatılması vəziyyətin ağırlığından xəbər verir. Bir sıra ekspertlər Qərbin Ermənistanda aktivliyini kəsmək üçün Rusiyanın müxtəlif formalarda, hətta hərbi yolla bu ölkəyə müdaxilə edə biləcəyini düşünür.

Rusiyalı politoloq Nikita İsayevin fikrincə, Ermənistanda əsas rusiyayönümlü siyasətçi prezident Serj Sarkisyandır:

"Onun aşağı reytinqinin olması da məzh rusiyayönümlü olması ilə əlaqədardır. Ötən ilin yayında Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi 82 faiz idi. Parlament seçkilərindən sonra isə erməni ictimaiyyəti hakimiyyətdən Qərbə istiqamətlənən siyasət aparmağı tələb edir. Bu gün Ermənistanda hakimiyyətin bütün institutları hərfən də olsa, parlamentə keçib, bu da Rusiyaya münasibətə təsir edir. Avropa İttifaqına inteqrasiya, NATO ilə hərbi əlaqələr və s. Ermənistan hakimiyyətindən bu tələb olunur".

N.İsayev hesab edir ki, erməni KİV-i də problemi ağırlaşdırır: "Faktiki olaraq, bu ölkədə rusiyayönümlü olan yeganə media orqanı "Sputnik Armenia"dır. Bir qədər də "News Armenia" seçilir. Yerdə qalanların əksəriyyəti qərbyönümlü mövqe tutur, çox az hissəsi isə neytraldır. Burada Qərb xüsusi xidmət orqanlarının, ilk növbədə ingilis, fransız və amerikalı kəşfiyyatçıların rolu da böyükdür. Qərb kəşfiyyatı Ermənistanda Rusiyadan daha fəal işləyir və nəticə əldə edirlər. Mən qorxuram ki, bu proseslərin nəticəsi olaraq biz təkcə Ermənistanı itirmirik, həm də 2-3 il sonra onun timsalında yeni düşmən qazana bilərik".

Rusiyalı politoloq qeyd edib ki, bu vəziyyət Moskvanın Cənubi Qafqazda sonuncu qalasını itirməsi deməkdir.

"Görünən budur ki, hər şey belə davam edərsə, yaxın dövrdə Rusiya Ermənistanda NATO ilə rəqabətə girəcək. Biz bunun qarşısını almaq üçün iqtisadi sferada və KİV sahəsində yeni addımlar atmalıyıq", - deyə o bildirib.

Siyasi Tədqiqatlar İnstitutunun direktoru, rusiyalı politoloq Serqey Markov da hesab edir ki, Ermənistan Ukraynanın yolunu gedir:

"Ermənistan hakimiyyəti də anti-Rusiya kampaniyasına lazımi reaksiya vermir. Ermənistan artıq Ukraynanın yolu ilə gedir. Bu, Rusiya üçün ciddi risklər vəd edir. Hər hansı Maydan tipli hadisələr erməni hakimiyyətinə Qərbə üz tutmağa əsas yarada bilər və Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər. Ermənistan Rusiyaya qarşı potensial düşmən ola bilər. Necə ki, Ukrayna, Baltikyanı ölkələr, yaxud Modova oldu, ermənilər də buna gedə bilərlər. Hər şey hökumətlərdən asılıdır. Bu baxımdan, İrəvan hakimiyyəti anti-Rusiya əhval-ruhiyyəsinə qarşı nəsə etməlidir".

Hər iki rus politoloqun Kremlə yaxınlığı onların səsləndirdiyi fikirləri əslində, Rusiyanın Ermənistana xəbərdarlığı kimi də qəbul etmək olar. Bunun reallığını qəbul etsək, hesab etmək olar ki, Rusiya yaxın dövrdə Ermənistana ciddi müdaxilə edə bilər, yaxud anti-Rusiya kampaniyasının qarşısını alması üçün Sarkisyana qulaqburması verə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1716   Tarix: 15 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 255
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 424
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

14:45 210
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 710
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

14:36 170
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 491
.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

14:22 331
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 732
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 541