Bakı çayxanalarını bürüyən duman - Qızlar məktəbdən qaçıb gəlirlər qəlyan çəkməyə... – FOTO

Bakı çayxanalarını bürüyən duman - Qızlar məktəbdən qaçıb gəlirlər qəlyan çəkməyə... – FOTOBu ilin mayından Azərbaycanda bütün ictimai yerlərdə, o cümlədən, kafe və restoranlarda tütün məmulatlarından (siqaretdən), sulu qəlyandan və elektron siqaretlərdən istifadə qadağan olunub. Amma qanunun qəbulundan iki aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də əksər kafe və çay evlərində qəlyan ən vacib atributdur.

Əsasən binaların zirzəmilərində, yarıqaranlıq otaqlarda yerləşən qəlyan salonlarının daimi müştəriləri isə yaşı 15-18 aralığında olan yeniyetmələrdir.

Ən pisi də odur ki, evdən xəlvət qəlyan çəkməyə çay evlərinə üz tutan yeniyetmələr təkcə oğlanlar deyil, onlar arasında həmyaşıdlarına qoşulub məktəbdən qaçan qızlar da var. Bunu çay evlərinin administratorları da təsdiqləyirlər.

"Şəkil çəkdirib "Facebook"a qoymaq üçün qəlyan çəkirlər"

Reportaj hazırlamaq üçün üz tutduğumuz qəlyan təklif olunan çay evlərinin əksəriyyətində qapalı yerlərdə qəlyanın qadağan olunmasından xəbərsiz idilər.

Əksər çay evləri və kafelərdə qəlyanın əsas müştəriləri azyaşlılar olsa da, rəhbərlik bunu inkar edir. Qəlyançı Tural deyir ki, çay evinə şəxsiyyət vəsiqəsini göstərmədən girmək mümkün deyil: "Düzdür, gələnlərin çoxu gənclərdir, hətta azyaşlılardır. Amma biz 18 yaşdan aşağı uşaqları içəri buraxmırıq, mütləq şəxsiyyət vəsiqəsi istəyirik. Çoxu da heç qəlyanı başa düşmür, gəlir ki, qəlyanla şəkil çəkdirib "Facebook"a, "Instagram"a qoysun, lovğalansın", - deyə qəlyançı deyir.

"Qəlyan çəkdiyi yerdə təzyiqi düşdü, huşunu itirdi…"

Qəlyançı deyir ki, son bir neçə il ərzində qadınlar arasında qəlyana çox maraq yaranıb: "Son 3-4 ildə qadınlar arasında qəlyana həddindən çox maraq yaranıb. Xüsusən də məktəb yaşlı qızlar dərsdən qaçaraq qəlyan salonlarına gəlirlər. Bəzi salonlar azyaşlıları buraxmasa da, onlara şərait yaradan da tapılır. Bizə tələbə qızlar dəstə ilə gəlib qəlyan çəkirlər. Hətta olub ki, bir dəfə bir qız qəlyan çəkəndə huşunu itirdi. Təcili yardım çağırdıq, məlum oldu ki, qəlyandan təzyiqi düşübmüş…".

Sosioloq: "Qəlyana bu qədər maraq meşşanlığın əlamətidir"

Sosioloqlar da qəlyanın yeniyetmələr və gənclər arasında bu qədər populyarlaşmasını mənfi hal sayırlar. Sosioloq Əhməd Qəşəmoğlunun virtualaz.org-a bildirdiyinə görə, qəlyanın bu qədər yayılması cəmiyyətdə meşşan həyat tərzinin yaranmasının əlamətidir: "Yaşlılardan soruşsanız, görərsiniz ki, sovet dövründə belə əyləncələrin yayılmasına imkan verilmirdi. Çünki bu şeylər insanlarda ciddi həyat tərzindən kənarlaşmaq idi. Burada meşşan, yüngül həyat tərzi təbliğ olunur. Normal işi olan adam, elmlə məşğul olan tələbə və ya yaradıcılıqla məğul olan biri heç vaxt gedib qəlyan salonlarında vaxt keçirməz. Hazırda cəmiyyətimizin əsas problemi maddi dəyərlərlərin mənəvi dəyərləri sıxışdırmasıdır. Bu hal cəmiyyətdə gərginlik yaradır. Bu həyat tərzi də cəmiyyətdə maddiyyata meyilliyi çoxaldır. Bu, cəmiyyətdə kriminal, arzuolunmaz halları, zorakılığı artırır", - deyə sosioloq bildirir.

Qəlyan xərçəng yaradır

Mütəxəssislər bildirirlər ki, narahatedici məqam həm də 1 qəlyanın 50 siqaretə bərabər olması ilə bağlıdır. Hətta bəzi gənclərin qəlyanın tərkibinə narkotik vasitələr qatmaqla istifadə etdikləri də məlumdur. Onlar bu həvəsin təhlükəli xəstəliklərə şərait yaratdığından xəbərsizdirlər. Qəlyan çəkənlər hesab edirlər ki, qəlyan dumanı sudan keçdiyi üçün zərərli maddələr suda qalır. Əslində isə nikotin su ilə isladılır, sıxılır, sonra qəlyana əlavə olunur. Bir saat qəlyan çəkən zaman insanın ciyərlərindən bir siqaret çəkən zamana nisbətən təxminən 100-200 dəfə daha çox tüstü keçir. İnsan orqanizmində düşən kömür hissələri yanaraq dəm qazı ifraz edir. Qəlyan çəkən zaman yaranan baş gicəllənməsi və ürək bulantısı da bundan irəli gəlir.

mənbə: virtualaz.org

Bakı çayxanalarını bürüyən duman - Qızlar məktəbdən qaçıb gəlirlər qəlyan çəkməyə... – FOTOBakı çayxanalarını bürüyən duman - Qızlar məktəbdən qaçıb gəlirlər qəlyan çəkməyə... – FOTOBakı çayxanalarını bürüyən duman - Qızlar məktəbdən qaçıb gəlirlər qəlyan çəkməyə... – FOTOBakı çayxanalarını bürüyən duman - Qızlar məktəbdən qaçıb gəlirlər qəlyan çəkməyə... – FOTOBakı çayxanalarını bürüyən duman - Qızlar məktəbdən qaçıb gəlirlər qəlyan çəkməyə... – FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3343   Tarix: 14 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 787
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 153
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 335
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 440
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

25.04.2024 394
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25.04.2024 431
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 155
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 340
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 195