Lütfi Zadənin ölüm xəbəri yalan çıxdı — YENİLƏNİB

Lütfi Zadənin ölüm xəbəri yalan çıxdı — YENİLƏNİB
Bu gün bəzi KİV-lərdə ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin vəfat etməsi ilə bağlı məlumatlar yayılıb.

BiG.AZ axşam.az-a istinadən xəbərə verir ki, Lütfi Zadə ailəsinin yaxın dostu, hazırda Amerikada olan Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova Azvision.az-a açıqlamasında məlumatı təkzib edib:

“Yalan məlumatlardan artıq bezmişik. İndi yanından gəlirəm. Dörd dəfə yemək yeyib, meyvə şirəsi içib. Səhhəti normaldır. Lütfi Zadənin vəfat etməsi ilə bağlı yayılan məlumatlar yalandır”, - deyə Şahnaz Şahbazova vurğulayıb.

Qeyd edək ki, azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfəli Rəhim oğlu Əsgərzadə 4 fevral 1921-ci ildə Bakıda anadan olub.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1911 Tarix: 13.08.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
olmus_arzular
olmus_arzular 13.08.2017
nc nc kiwini diri diri oldururler dirildirler


 
__HULK__
__HULK__ 13.08.2017
Bigaz tələsir əslində


 
Fioletta
Fioletta 13.08.2017
camaat telesire kimise basdirmaga ele bil bunlarin coreyini yeyir