Ramildən İlham Əliyevin təbrikinə cavab - Azərbaycana qayıdacaq?

Ramildən İlham Əliyevin təbrikinə cavab - Azərbaycana qayıdacaq?
Türkiyəni təmsil edən atlet “Azərbaycana qayıtmaq istərdinizmi?” sualına “Əgər istəsələr, mən hər zaman qayıtmağa hazıram” – deyə cavab verib

Prezident İlham Əliyevə mənə ünvanladığı təbrikə görə dərin təşəkkürümü bildirirəm. Bu, mənim üçün qürurvericidir”.

BiG.AZ Yenicag.az istinadən xəbər verir ki, bunu AzVision.az-a eksklüziv açıqlamasında Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu olan Ramil Quliyev deyib.

Türkiyəni təmsil edən atlet “Azərbaycana qayıtmaq istərdinizmi?” sualına “Əgər istəsələr, mən hər zaman qayıtmağa hazıram”- deyə cavab verib.

“Bu, təkcə mənim yox, bütün Azərbaycan xalqının qələbəsidir. Çox sevinirəm. Bilirdim ki, xalqım məni dəstəkləyəcək. Bunu hiss edirdim. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Mən azərbaycanlıyam. Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Ona görə də hər iki dövlətin bayrağını dalğalandırdım. Bu, mənim üçün fəxrdir”

Qeyd edək ki, Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu adını qazanıb. Ramilin qələbəsi Türkiyədə böyük sevinclə qarşılanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və digər dövlət məmurları azərbaycanlı idmançını qazandığı qələbə münasibətilə təbrik ediblər.
f Paylaş
Bölmə: İdman Oxunub: 2323 Tarix: 12.08.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
_Adc_
_Adc_ 13.08.2017
Hec guleceyim yox idi aa ne qeder guldum adaw )))ozude familiya beraber )))..)))..


 
olmus_arzular
olmus_arzular 13.08.2017
Ugurlar Ramil


 
Omer_Xeyyam
Omer_Xeyyam 13.08.2017
Hə adaşdı özüdə familyayla bərabər.


 
ataxanli
ataxanli 12.08.2017
melumat ucun tesekkur edirem
#14


 
A_F_I_N_A
A_F_I_N_A 12.08.2017
Ugurlarin bol olsun.

https://www.youtube.com/watch?v=aaiDI7Pqbwg



 
_Adc_
_Adc_ 12.08.2017
)))Adaw? )))...)))...)))


 
Omer_Xeyyam
Omer_Xeyyam 12.08.2017
Adaş eləmə belə


 
_MATiLLA_
_MATiLLA_ 12.08.2017
bi keçmiş dost yadıma düşdü ))


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər