Cəmilə Tağızadə OD PÜSKÜRDÜ: "Adam olun, ölü ilə özünüzü reklam etməyin"

Cəmilə Tağızadə OD PÜSKÜRDÜ: "Adam olun, ölü ilə özünüzü reklam etməyin"

"Ölmüş qız ilə özünü reklam edənləri görüb lap diksindim".

BiG.AZ xəbər verir ki, bu sözləri aktrisa Cəmilə Tağızadə həmkarı Milanın ölümünü reklam adlandıranlara ünvanlayıb:

"Hər kəsdən xahiş edirəm, bilib bilmədən danışmayın və lazımsız informasiya paylaşmayın. Ayıbdır. Bu sosial şəbəkələrə girmirdim ki, yenə əsəbləşəcəm. Elə də oldu. Ölmüş qız ilə özünü reklam edənləri görüb lap diksindim. Bəsdir, ölüyə şərt atıb, arxasıyca danışdınız. Adam olun, ölü ilə özünüzü reklam etməyin. Mila Türkiyədə klinikada dünyasını dəyişib, beyni ölüb. Həkimlər bunu təsdiqləyib, sadəcə ailəsinin ürəyi gəlmir aparatdan ayırmağa, ürəyi döyünür deyə ümid edirlər, ayılar. Ancaq bu da mümkünsüz bir hadisədir. Anası və ailəsi qızın dərdindən özlərinə gələ bilmirlər. Bəzi iyrənclər, adam olmayanlar özlərini qızla reklam edirlər. Ayıb olsun sizə".


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 3812 Tarix: 12.08.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər