Milyarder "Tülpan İlham"ın düşməni və qruplaşması bütöv cəbbəxana ilə tutuldu - FOTOLAR

Milyarder "Tülpan İlham"ın düşməni və qruplaşması bütöv cəbbəxana ilə tutuldu - FOTOLARBu günlərdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Sankt-Peterburq idarəsinin keçirdiyi əməliyyat nəticəsində tanınmış biznesmen Leonid Kolesnikov da daxil olmaqla 7 nəfər həbs olunub. Həbs olunanlar arasında azərbaycanlılar-Məhyəddin Ağayev, Ziyafət Piriyev, Hikmət Cəfərov, Səid İbişiov adlı şəxslər də var. Onların barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Saxlanılanlar bu ilin mart ayında Pesoçnıy qəsəbəsində azərbaycanlı biznesmenə quldur hücumu həyata keçirərək onun "Mitsubishi" avtomobilini və mobil telefonunu ələ keçirməkdə ittiham olunurlar. Habelə qruplaşma iyun ayında Sankt-Peterburqda mağazaya quldur basqınında şübhəli bilinir.

Kolesnikov Sortelevo qəsəbəsindəndir. Qaldırılmış cinayət işi çərçivəsində əməliyyatçılar həmin qəsəbədə, ətraflarında və Sankt-Peterburqun özündə 38 ünvanda axtarış aparıblar.

Belə ünvanlardan birində-Kolesnikovun Levaşovo qəsəbəsindəki bağ evində axtarış zamanı əsl cəbbəxana aşkarlanıb. Evdən 4 min patron, 1 qumbaraatan, 10 qumbara, 1 partlayıcı qurğu, 18 tapança və pistolet-pulemyot, 6 avtomat, xarici ölkə istehsalı olan 1 tüfəng tapılıb. Bu silah-sursat Kolesnikovun və onunla əlbir olan azərbaycanlıların əslində ciddi kriminal qruplaşma olduqları barədə şübhələrə səbəb olub. Gözlənilir ki, istintaqın gedişində onlara yeni ittihamlar veriləcək.

"Fontanka.ru" yazır ki, Leonid Kolesnikov tipik 90-cı illər biznesmenidir. O, həm qanun keşikçiləri, həm kriminalitetin nümayəndələri ilə sıx münasibətlər qurub. Kolesnikovun adına 9 müəssisə qeydiyyatdan keçib, onlardan bir qismi fəaliyyət göstərmir. Ən iri aktivi Sankt-Peterburqdakı "Regina" bazarıdır.

Kolesnikovun Sankt-Peterburqdakı azərbaycanlı mafiyası ilə münaqişəsi var. 2013-cü ildə Sankt-Peterburqda "restoran müharibəsi"nin qızğın vaxtlarında ona qarşı sui-qəsd olub, biznesmenin bəxti gətirib və silah kilidləndiyinə görə killer ona cəmi bir dəfə atəş aça bilib. Kolesnikov yaralanıb. İstintaq müəyyən edib ki, bu sui-qəsdin sifarişçisi Sankt-Peterburqun "qarpız kralı" kimi tanınan, "Tülpan İlham" ləqəbi ilə də məşhur olan İlham Əliyevdir. "Tülpan İlham" Sankt-Peterburqda "Çinar", "Süfrə" və digər iri restoranlara, yüzlərlə meyvə-tərəvəz köşkünə malik idi. Və şəhər administrasiyası ilə yaxşı əlaqələr qurmuşdu. Onun multimilyoner olduğu dəqiqdir, lakin bəzi məlumatlara görə "Tülpan İlham"ın varidatı hətta milyard dolları ötüb keçirdi.

2012-ci ilin əvvəllərində digər azərbycanlı biznesmen İslam Sadıqov onun restoranının yanında "Usadba" adlı restoran açıb və biznesmenlər arasında münaqişə başlayıb. Bu münaqişədə Kolesnikov İslam Sadıqovun tərəfində idi. "Restoran müharibəsi" getdikcə qızışdı və həmin ilin sentyabr-dekabr aylarında Sadıqovun "Mercedes S-350" avtomobili, daha sonra arvadının avtomobili və "Flaminqo" adlı kafesi yandırıldı. Buna cavab olaraq Əliyevin "Çinar" restoranına od vuruldu. "Tülpan İlham" restorana hücumu Kolesnikovun təşkil etdiyinə əmin olaraq ondan qisas almağı qərara alır və biznesmenə sui-qəsd təşkil edir.

Həmin sui-qəsddən Kolesnikov yaralı xilas ola bilir. Bir ay sonra "Tülpan İlham" və bandasının üzvləri tutulub. İstintaqın gedişində "Tülpan İlham"ın restoran biznesi ilə məşğul ola erməni Sərkis Petikyanın da qətlini sifariş etdiyi üzə çıxıb. "Tülpan İlham" 10 il həbs cəzası alıb və hazırda həbsdədir. Onun bandasının əslində daha çox sifarişli qətllər törətdiyi bildirilir. Məlumatlara görə "Tülpan İlham" "Azərros"un Sankt-Peterburq təşkilatının rəhbərliyində təmsil olunurdu.

2012-ci ildə "Tülpan İlham" Bakıda, "Buta Palace"də oğluna olduqca dəbdəbəli toy etmişdi və həmin toya Şakira, Ceniffer Lopes kimi dünya ulduzlarını çağırmışdı.

İndi isə onun düşməni, "Sertolovonun atası" kimi tanınan Kolesnikovla bandası tutulub. Bu bandanın digər cinayətlərinin də üzə çıxacağı gözlənilir.

Criminal.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 2613   Tarix: 27 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Mülki əhali arasında 20-dən çox şəxs HƏLAK OLUB" - Tural Gəncəliyev

Təcavüzkar Ermənistan ordusu artıq 7-ci gündür ki, azərbaycanlı mülki əhaliyə qarşı müharibə cinayətlərini davam etdirir. Bu günlər ərzində işğal edilmiş ərazilərimizdən və Ermənistandan şəhər və kəndlərimiz məqsədli şəkildə raket və ağır artileriya atəşinə tutulur. Report-a istinadən xəbər verir ki

03.10.2020 745
.

Azərbaycanda qərargah rəisinin faciəli şəkildə ölümü ilə bağlı araşdırma başladı - FOTO

Xəbər verdiyimiz kimi, bu gün saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən "UAZ" markalı xidməti avtomobil qəzaya uğrayıb

20.07.2020 2697
.

Afaq Gəncəlidən göz oxşayan YENİ FOTOLAR

Tanınmış aparıcı Afaq Gəncəli sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, aparıcı "Instagram" hesabında yeni fotolarını paylaşıb. Aparıcının fotolarına izləyicilər tərəfindən çoxsaylı bəyəni və təriflər gəlib. Həmin fotoları təqdim edirik:

27.02.2021 4603
.

Bakıda AİLƏ FACİƏSİ - Bacısı uşağının ölümünə səbəb oldu

Bakıda 1 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. -a istinadən xəbər verir ki, Xətai rayonu Əhmədli kəndində yaşayan şəxs BMW markalı avtomobilini arxaya doğru hərəkət etdirərkən bacısının 1 yaşlı övladının üzərindən keçib. 2019-cu ildə anadan olmuş və yenicə ayaq açıb yeriyən körp

10.09.2020 3185
.

Arılar kütləvi şəkildə ölür - DÜNYANIN SONU YAXINLAŞIR - VİDEO

Böyük alim Albert Eynşteyn vaxtilə vurğulayıb ki, planetimizdə arılar yox olduğu zaman dünyanın sonu çatacaq. İnsanlar arılar olmadan cəmi 4 il yaşaya bilərlər. O, həmişə bəşəriyyətin Yer kürəsindəki bütün bal arılarını məhv etməklə özünü məhv edəcəyindən qorxub. BİG.AZ-ın -ya istinadən verdiyi xəbər

22.06.2020 7696
.

Ağır qəza törədən reperin qanında NARKOTİK AŞKARLANDI

Xəbər verdiyimiz kimi, Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib. -a istinadən bildirir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib. O, idarə etdiyi "Infiniti" markalı avtomobillə "Mercedes"lə toqquşub v

23.09.2020 1997
.

Gəncədə yaşayan Abbas Bağırov xalqa ÇAĞIRIŞ ETDİ - FOTOLAR

Müğənni Abbas Bağırovdan xəbər var. xəbər verir ki, hazırda Gəncədə yaşayan əməkdar artist "İnstagram" səhifəsində erməni vandllarının oktyabrın 10-da törətdiyi Gəncə hadisələri ilə bağlı paylaşım edib. Müğənni paylaşımına belə şərh yazıb:. "Azərbaycanın döyüş nöqtələrində və dinc əhalini

12.10.2020 3727
.

Bu MESAJLAR dərhal silinməlidir - XƏBƏRDARLIQ

Telefona gələn bəzi SMS ismarıclar dərhal silinməlidir. "Praym"ın məlumatına görə, bu barədə "Sinerqiya" Universitetinin IT institutunun direktoru Stanislav Kosarev bildirib. Onun sözlərinə görə, bu xəbərdarlıq ilk növbədə bank əməliyyatlarının təsdiqlənməsi üçün göndərilən parolların

27.08.2020 2020
.

ŞAD XƏBƏR: Bu şəxslərə MÜAVİNƏT TƏYİN OLUNDU

Bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 23 min şəxsə yaşa görə müavinət təyin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən -a verilən məlumata görə, bununla həmin vətəndaşlar əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərin

11.09.2020 3286