Əlvida, sevgilim!!!

İlk görəndə səni bilməmişdim sənin gələcəkdə həyatımda hansı yeri tutacağını. İndi həyatımda elə yerdəsən ki, elə pillədəsən ki, özüm belə o pilləni hesablaya bilmirəm.
Çox sevdim səni - düşünməyəcəyin, düşünməyəcəyim qədər. Niyə sevdim heç özüm də bilmirəm. Səni sevdim elə saf, elə təmiz hisslərlə ki, bir gün bu hisslərə bir çirklilik qatışacağını bilmədən.
Həyatda ideal insan yoxdur deyirdilər həmişə - bəli mən də belə düşünürdüm amma səni tanıyana qədər. Sən mənim idealım idin.
Səni sevdim sadəcə çox sevdim. Bütün heyatımı, mənliyimi, qürurumu sənə verdim. Amma bundan heç vaxt peşman olmadım, çünki sən və sevgimiz buna layiq idi.
Səni ilk görəndə hələ nə hiss etdiyimi özüm də bilmirdim, çünki uşaq idim. Düzdür güləcəksən amma indi də nə hiss etdiyimi bilmirəm, çünki sənə qarşı içimdə olan heç bir hissi adlandıra bilmirəm.
Sən mənim dayağım idin. Hər bir insan yıxıldığında bir kötük belə olsa
söykənmək istər. Amma mən hər yıxıldığımda yanımda, arxamda səni gördüm, sənə söykəndim.
Həyat qısadır həyatını doya-doya yaşa deyərdilər. Mən sevə - sevə yaşadım, bəzən həyatdan doymadım, bezdim, usandım amma sevgimlə yenə də ayağa qalxdım. Və sən nə vaxtsa həyatda olmasan belə mən yenə də belə yaşyacam sevgilim!!!
Səni həmişə, hər an yanımda görmək istəyərdim amma bilirəm bu mümkün olmayacaq, çünki artıq sənin başqa bir həyatın var. Bundan sonra
başqasının dayağı, idealı, sevdiyi olacaqsan.
Mən səni sevdiyimdə bunların olacağını düşünməmişdim, çünki səni sevdiyimdə çox saf idim. O qədər saf idim ki, SƏNİ SEVİRƏM sözünü sənə desəm saflığımı itirəcəyimi sanırdım.
Sevgilim, səni hər an sevəcəm. Düşünmə ki, bir gün sevgim bitəcək, mənim sevgim heç zaman bitmədi ki.
Sənin gəlməyəcəyini, mənim olmayacağını bilə-bilə gözləyəcəm.
Ağlamaq istəyirəm, amma özümü sıxıram ağlamayım deyə, çünki sən mənim ağlamağıma belə dözə bilmirdin.
Sevgilim, bax bu gün, bu gecə sənə görə ağlamayacam. Çünki səni itirdiyimə görə də özüm günahkaram.
Sən saf və təmiz həyatını yaşa! ƏLVİDA...

Çalışın sevdiyinizin, sevgilinizin qədrini bilin.

Əlvida, sevgilim!!!


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 7470   Tarix: 21 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar