Köhnə maşınların qiyməti 25 faiz düşüb - Bakının maşın bazarında son vəziyyət

Köhnə maşınların qiyməti 25 faiz düşüb - Bakının maşın bazarında son vəziyyətHazırda Bakıda avtomobil bazarında durğunluq müşahidə olunur.

Bunu trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.

V.Hüseynovun sözlərinə görə, ikinci əl avtomobillərin qiyməti ucuzlaşıb: "Mühərrik həcmi 2,5-dən yuxarı olan avtomobillərin qiymətində 25 faizə qədər, mühərrik həcmi 2,5-dən aşağı olan avtomobillərdə isə 5 faizə qədər azalma müşahidə olunur".

Ekspertin sözlərinə görə, bazardakı vəziyyətə həm yay mövsümü, həm də yanacağın qiymətinin dəyişməsi təsir edib:

"Benzinin qiymətinin dəyişməsi ona təsir etdi ki, insanlar mühərrik həcmi aşağı, lakin at gücü yuxarı olan avtomobillərə üstünlük verirlər. Ümumiyyətlə avtomobil bazarında ciddi dəyişiklik baş verir. Adətən insanlar həmişə 2002-ci ilə qədər olan köhnə "Opel" və "Mercedes" markalı avtomobillərdən istifadə edirdilər, çünki həm yanacağın qiyməti aşağı idi, həm o avtomobillərin ehtiyat hissələri, təmir xərcləri nisbətən ucuz başa gəlirdi. İndi isə müştərilər mühərrik həcmi eyni, lakin at gücü daha çox olan yeni avtomobillərə üstünlük verirlər. Ona görə bu avtomobillərin qiymətində artım müşahidə olunur.

Digər tərəfdən, əvvəllər insanlar ucuz avtomobil alıb, taksi fəaliyyəti ilə məşğul olurdular. Lakin indi bazarda çoxlu sayda taksi şirkətləri fəaliyyət göstərir və onlar da rəqabət olduğu üçün qiyməti aşağı salmağa çalışırlar.

Digər tərəfdən də benzinin qiymətində olan dəyişikliklər səbəbindən köhnə avtomobillərlə taksi fəaliyyəti göstərmək rentabelli olmur. Təbii ki, bu da köhnə avtomobillərin qiymətində azalmaya səbəb olur".

V.Hüseynov bildirib ki, növbəti ay bazarda aktivlik daha da aşağı düşəcək: "Yay aylarında ümumiyyətlə avtomobil bazarında aktivlik aşağı düşür. Bu hər il bizim müşahidə etdiyimiz haldır. Sentyabr ayından isə bazarda canlanma başlayacaq. Qiymətlər isə manatın məzənnəsindən və digər amillərdən asılı olacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2785   Tarix: 26 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 298
.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

10:43 200
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 577
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 351
.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər tutuldu

Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib. BİG.AZ xəbər verir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən qeydə alınıb. Əməliyyat zamanı 23 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb. "Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı il

25.04.2024 244
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 603
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

25.04.2024 861
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

10:36 354
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 212