Əgər hər gün yuyunursunuzsa,bu yazılanlara mütləq nəzər salın

Əgər hər gün yuyunursunuzsa,bu yazılanlara mütləq nəzər salınTəmizlik cəmiyyətdə xoş təəssürat yaratmaq üçün ən vacib keyfiyyətlərdən biridir. Hər kəs təmiz, təravətli və xoş ətirli olmaq istəyir. İnsanların bu arzusu reklamlar və mühakimə edilmək qorxusu ilə daha da şiddətlənir. Kaliforniya Universitetində aparılan araşdırmalar isə, bizim bu istəyimizdə çox "ağ etdiyimiz" məqamları üzə çıxararaq, hər gün duş almağın sağlamlıq üçün xeyirli olmadığını meydana çıxarıb.

Qoruyucu təbəqəni aradan qaldırmayın.

Belə ki, yuyunarkən istifadə etdiyimiz sabun və ya bədən şampunu kimi vasitələr bədənimizdəki təbii yağları aparır. Nəticədə bədənimiz quru və sərt olur. Bədəni nəmləndirən və yumşaldan vasitələr olsa da, onlar yenə də təbii yağları əvəz edəcək qədər effektiv deyillər.

Bizim bədənimiz özünü təmizləmə funksiyasına malikdir. Siz hər gün duş alaraq, onu çirk, bakteriyadan və digər bu kimi şeylərdən uzaq tutmağa çalışırsınız. Lakin, siz sağlam dərinizin üstündə olan ölü dəri təbəqəsini götürür və onun aşağıdakı təbəqəni qorumasına mane olursunuz. Bu təbəqəni götürməklə, siz həmçinin də nəmləndirici funksiyası olan yağları da bədəninizdən uzaqlaşdırırsınız. Hər çimdiyinizdə və bədəninizi kisələdikdə siz bu təbəqəni zədələyirsiniz. Nə qədər çox kisələnsəniz, bir o qədər həmin qata ziyan vurursunuz. Nəticədə sağlam dəriniz quruyur və müdafiəsiz qalır. Onun zədələnməsi isə çox asanlıqla baş verir.

Saçlarınıza da ziyan vurursunuz

Eyni şeyləri baş dəriniz üçün də deyə bilərik. Hər gün saçınızı yumaqla siz baş dərinizi şampunlar vasitəsilə təbii yağlardan qurudur, saçlarınızın cansız və parıltısız olmasına səbəb olursunuz.

Əgər bu kimi problemlərin sizdən uzaq olmasını istəyirsinizsə, yuyunmanız arasında ən azı 1-2 gün fasilə qoymağa çalışın. Belə etməklə siz həm daha gözəl dəriyə, həm də daha sağlam saçlara malik olacaqsınız.

mənbə: pahoo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 6286   Tarix: 21 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780