Cinlər qızı zorlamaq istədi - Qorxunc hadisənin ANBAAN FOTOLARI

Cinlər qızı zorlamaq istədi - Qorxunc hadisənin ANBAAN FOTOLARIAdətən "eksorsizm", yəni əfsunlama orta əsrlərin cahil adəti sayılır. Buna baxmayaraq bugün də müqəddəs məbədlərdə insan bədənindən cin qovmaq ayini həyata keçirilir.

Publika.az bildirir ki, 1976-cı ildə bədəninə cin girdiyi zənn edilən Annelis 7 ay ərzində 65 dəfə əfsunlama ayininə məruz qalmışdı.
Anneliz Mixel 1952-ci ildə Almaniyanın Bavariya şəhərində inanclı katolik ailəsində doğulmuşdu. Həyatının ilk dövründə öz yaşıdlarından seçilməyən bu qızcığaz, məktəbə gedir, dostları ilə oynayır və təbii ki, hər həftə kilsəni ziyarət edirdi.

1968-ci ildə çox qəribə hal baş verir. Anneliz öz dilini dişləyib, yerə yıxılır. Get-gedə bu halların sayı artmağa başlayır. O, tez-tez şüurunu və nitqini itirməyə başlayır.

Valideynləri Annelizi psixiatr yanına aparırlar. Çoxsaylı müayinələr qızın xəstəliyini tam müəyyən edə bilmir. Beyində heç bir dəyişiklik baş verməmişdi. Sağlamlığında problem yox idi. Dərdinə dərman tapılmayan Anneliz uzun müddət xəstəxanada yataq şəraitində müalicə olunur.

Tutmalar zamanı Anneliz üzünü müxtəlif qorxulu şəkillərə salır, qışqırır, özündən çıxırdı. Sakitləşən kimi isə, həkimlərə yalvarıb, kömək istəyirdi.

Onu müalicə edən mütəxəssislər Annelizin durumunu epilepsiya xəstəliyilə bağlayırdılar. Lakin 4 il ərzində epilepsiyaya qarşı aparılan müalicə kursları onun vəziyyətini yaxşılaşdırmaq əvəzinə daha da ağırlaşdırırdı.

Tibb artıq Annelizin düçar olduğu bəla qarşısında aciz idi. Odur ki, inanclı katolik valideynləri onu kilsəyə aparmağa qərar verdilər. 1975-ci ildə iki rahib Anneliz üzərində 1614-cü ildə Roma kilsəsindən tapılmış qeydlər əsasında cinçıxartma ayininin həyata keçirdilər.

Əfsunlama prosesində Anneliz o qədər bərkdən qışqırıb, müqavimət göstərirdi ki, 3 nəfər cüssəli kişi onu güclə tutub, saxlayırdı. Qız etiraf edirdi ki, bu anda 6 şeytan ona yaxınlaşıb, zorlamaq istəyir, od yağan əlləri ilə ona toxunurdular. Alışıb yanan zavallı qız isə, şeytanlardan can qurtara bilmirdi.

1976-cı il ərzində Anneliz 65 dəfə cinqovma ayininə məruz qaldı. Bu ayinlərin 42-si videokameranın yaddaşına həkk edildi. Qız yeməkdən tam boyun qaçırmışdı. O deyirdi ki, şeytan ona ac qalmağı əmr edir. Şeytanın əsirinə çevrilən Anneliz soyuq düşəmədə yatır, gün-gündən zəifləyirdi. 1976-cı ildə Annelizin ciyərləri soyuqlayır. Zavallı qız xəstə yatağına düşür. Elə həmin il çəkisi 31 kq olan 24 yaşlı Mixel ürəkgetmədən dünyasını dəyişir.

Annelis Mixelin ölümündən sonra, Almaniya məhkəməsi kilsənin rahiblərini və qızın valideynlərini məsuliyyətə cəlb edir. Əsas səbəb isə, qıza qoyulan "psixiotik epilepsiya" diaqnozuna rəğmən qanunsuz əfsunlanma ayininə məruz qalması idi. Annelizin ölümündə təqsirli bilinən bu şəxslərin hər biri 6 ay müddətinə azadlıqdan məhrum olunurlar.

2005-ci ildə Anneliz Mixelin həyatından bəhs edən "Emili Rouzun 6 şeytanı" filmi çəkildi. Bundan bir qədər sonra isə, Anneliz haqda kitab yazıldı.

Bəs, əslində nə baş vermişdi. Həqiqətənmi zavallı gənc qızın bədəninə şeytan girmişdi, yoxsa bu adi psixoloji pozğunluq idi? Bu sual 40 ildən çoxdur ki, cavabsız qalıb.

Cinlər qızı zorlamaq istədi - Qorxunc hadisənin ANBAAN FOTOLARICinlər qızı zorlamaq istədi - Qorxunc hadisənin ANBAAN FOTOLARICinlər qızı zorlamaq istədi - Qorxunc hadisənin ANBAAN FOTOLARI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6224   Tarix: 20 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

10:43 0
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25.04.2024 422
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 200
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

25.04.2024 390
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 79
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 265
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

25.04.2024 163
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 544
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 194