Rayonlara gedən taksilər qiyməti bahalaşdırdı: NARAZILIQ

Rayonlara gedən taksilər qiyməti bahalaşdırdı: NARAZILIQ

Tarif Şurası tərəfindən "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq ediləndən sonra regionlara gedən taksi qiymətlərində artım olub.

BiG.AZ-ın cebhe.info-ya istinadən verdiyi xəbərə görə, Bakıdan Şamaxıya sərnişin aparan taksilər əvvəl müştəridən 5 manat tələb edirdilərsə, hazırda bu rəqəm 8-9 manat arasında dəyişir. Taksi sürücüləri bunu benzinin qiymətinin qalxması ilə əlaqələndiriblər. Bu isə Şamaxıya gedən sərnişinlər arasında ciddi narazılıq yaradıb. Sərnişinlərdən birinin dediyinə görə, vaxtaşırı bu yoldan istifadə edir və xidmət haqqının birdən-birə bu qədər bahalaşması düzgün deyil.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib.

Tarif (qiymət) Şurasının iclasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minib.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1535 Tarix: 17.07.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Ntv
Ntv 17.07.2017
Belede olmali idide yox ekspert dedi artim olmayacaq yox behmen yerde deyildi hec bir deyisiklik olmayacaq ...Bes bunu bilmeli idi ki tarif surasi ki iktisadiyyatda iktisadi panika anlayisi varki onu bunlar suni yolla artirilar yani tesirsiz otmemeyeceyi mumkun deyildi
_Galatasaray_Awk_
_Galatasaray_Awk_ 17.07.2017
Metronunda qiymeti 50 qepik olacaq


 
_MATiLLA_
_MATiLLA_ 17.07.2017
normal haldi