Kişi qılığına girib istədiyini edən QADIN: qardaşı ilə... - FOTOLAR

Kişi qılığına girib istədiyini edən QADIN: qardaşı ilə... - FOTOLARAmerikanın kəşfindən sonra 1492-ci ildə yüzlərlə, minlərlə ispan əsgərləri, yeni torpaqların misilsiz sərvətləri barədə əfsanələrə, nağıllara uyaraq tanınmayan əraziləri fəth etmək üçün yola düşürdülər. Belə döyüşçü-avantüristləri istilaçı, fateh mənasını verən Konkistador adlandırırdılar.

Tarixi vərəqləyərkən Konkistadorlar arasında zərif bir qadınla qarşılaşmaq gözlənilməz olur. Onun adı Katalina de Eraso idi. Onun yeganə qadın istilaçı olması tarixi bir faktdır.

Qızıl toplamaq xəyalları

Kişi qılığına girib istədiyini edən QADIN: qardaşı ilə... - FOTOLARKatalina de Erаso 1592-ci ildə ispan şəhəri San-Sebastyanda kübar baskoniya ailəsində anadan olub. Onun atası və qardaşları hərbi xidmət keçirdilər. 4 yaşından Katalina Müqəddəs Sebastyan monastırında tərbiyə almağa başlayır. 15 yaşı ərəfəsində, hansısa günahına görə rahibələr tərəfindən vəhşicəsinə döyülür. Bunu özünə həqarət hesab edən cəsur qız qəribə hərəkətə qol çəkir – tapılmasın deyə kişi paltarı geyinərək monastırdan birdəfəlik qaçır. Bir neçə ay sərsərilik həyatı yaşayan Katalina nəhayət, Bilbaoda, Amerikaya yola düşməyə hazırlaşan gəmiyə oturur.

Kişi qılığına girib istədiyini edən QADIN: qardaşı ilə... - FOTOLARO, ərəfələrdə İspaniyada artıq 100 il idi ki, Yeni Dünyanın saysız-hesabsız sərvətləri, əsl "qızıl okeanı" olması barədə şayiələr tüğyan edirdi. Konkistadorlar dalğası bir-birinin ardınca Amerika sahillərinə yön alırdılar. Onların bir qismi hinduların silahlarına tuş gəlir, bəziləri avara, sərgərdan qalır, bir qismi xəstəlikdən həlak olurdu. Amma ayrı-ayrı istilaçılar da olurdu ki, xoşbəxtlik üzlərinə gülürdü - onlar inanılmaz dərəcədə zənginləşirdilər.
Belə bəxtəvərlərin sayı az idi, amma bu kifayət idi ki, sakinlərin çoxunun acgözlük, tamah hissini oyatsın. Hər bir ispaniyalı bəsit düşünürdü: "Əgər onun bəxti gətiribsə, o zaman şans mənim də üzümə gülə bilər".

"Eldorado" haqqında əfsanə

Kişi qılığına girib istədiyini edən QADIN: qardaşı ilə... - FOTOLARYeni qitənin sərvətləri haqda ağızdolusu söhbətlərə uyan gənc Katalina da varlanmaq istəyirdi. "Qızıl yer" – Eldorado haqda dolaşan şayiə isə onu qəti qərar verməyə sövq etdi: o, tarixdə ilk qadın-konkistador olmaq istədi…

Eldorado haqda mif necə yaranmışdı? Əfsanəyə görə, haradasa XVI əsrin 30-cu illərində Orinoko sahillərində gəmi ekipajı tənha qayıq görür. Dərhal qəribə tapıntı olan qayığa tərəf yön alan gəmi, ona yaxınlaşır. Matroslar çirkli üst-başı olan, yorğun adam tapırlar. O, huşsuz vəziyyətdə idi.

Yad adam ispaniyalı idi. Ayıldıqda gəmidəkilərə, özü barədə məlumat verməkdən imtina edir – o, kimdir və ona nə olub? Gəmi Puerto-Rikoya gəlir, elə oradaca yad adamı ölüm haqlayır. Ancaq bütün başına gələnləri yerli bir keşişə etiraf etmişdi. Beləliklə, bilindi ki, onun adı Martines olub. O, Dieqo Ordas adlı konkistadorun dəstəsindən olan zabit idi...

Bu dəstə xəzinə axtarışına çıxan 600 konkistadorlardan ibarət idi. Bundan bir müddət əvvəl yola düşən, lakin haradasa Amazon cəngəlliklərində izsiz yoxa çıxmışlar. Martines yeganə sağ qalan adam olur. Rəvayətin davamında danışılır ki, onlar yerli əhalinin əlinə keçiblər. Müqavimət göstərə bilməyən dəstədən hindular bir neçə nəfəri sağ-salamat saxlayırlar və gözlərini bağlayaraq harasa aparırlar. Şəhər vadisinə çatdıqları zaman gözlərini açırlar.

Sarğının açıldığı zaman Martines gözlərinə inanmır: sanki gözəl yuxu görür. Onun ayaqlarının altında qızıldan bir şəhər varmış, saraylar, evlərin dam örtüyü, hətta körpülər belə, təmiz qızıldan idi.

Martines hesab edir ki, əsl "qızıl ölkəyə" düşüb – Eldorado. İspanca El Dorado – "qızıldan olan" anlamını verir. Bu söz ilk dəfə məhz Dieqo Ordasın dəstəsindən olan Martinesin dodaqlarından süzülür, o vaxtdan Eldorado ölkəsini tapmağı xəyal edən minlərcə ispan daim Yeni Dünyaya can atır.

Matros köməkçisi Alonso

Kişi qılığına girib istədiyini edən QADIN: qardaşı ilə... - FOTOLARKatalina de Eraso da öz şansını sınamağa qərar verir və əfsanəvi şəhəri tapmaq istəyir. Başlanğıc üçün o, Panamaya hərəkət edən gəmiyə matros köməkçisi kimi işə girir. Yüzlərlə başqa avara-sərgərdan gəmiyə doluşur və Atlantik Okeanı üzərindən Yeni Dünyaya yola düşür.

Onun yol yoldaşları əlbəttə ki, heyrət ediləsi adamlar deyildi... Konkiskadorlar arasında macəra axtaran, igid əsgərlərlə yanaşı zəngin olmaq arzusunda olan yüzlərlə avara da Amerikaya can atırdı: öz ölkəsinin quldurları, oğrular, dövlət tərəfindən axtarılan cinayətkarlar, borcdan canlarını qurtarmaq istəyənlər, deyingən arvadların əlindən qaçanlar və s. Bu cür adamlar istənilən əclaflığa, hər cür cinayətə hazır idi.

Əlbəttə, əgər bu insanlar bilsəydilər ki, onlarla yan-yana üzən matros köməkçisi Alonso qadındır, o zaman çətin ki, o, zorakılıqdan canını qurtara bilərdi. Ancaq sadə ispan kişisini əks etdirən paltarları və məharətlə özünü gənc oglan kimi aparması heç bir şübhə yaratmırdı.

Kral mükafatlandırdı, Papa bağışladı

Kişi qılığına girib istədiyini edən QADIN: qardaşı ilə... - FOTOLARPanamada dükanda bir müddət işləyən Katalina-Alonso inadkar, davakar şəxsiyyət idi və duelləri sevirdi. Yazılır ki, duellərdə o, xeyli adam öldürüb. Həm də qohumlarını qətlə yetirmiş insanların qisasından çəkinərək Katalina Limaya üz tutur – arzuya doğru - əfsanəvi ölkəyə bir qədər də yaxınlaşmaq qərarına gəlir.

Katalina Limadan Konsepsyon şəhərinə keçir və Alonso Dias Ramires de Qusman adı ilə yeni konkistadorlar dəstəsinə qoşulur. Ancaq tezliklə məlum oldu ki, Konsepsyon ətrafı ərazilər yüz kilometrdən artıq diametrdə artıq müayinə olunub. Və heç bir "qızıl ölkə" orda olmayıb və yoxdur. Vəziyyət bir az da çətinləşir, yaşamaq üçün Katalinaya yenə "profilini" dəyişmək lazım idi - o, sərbəst konkistador olmaqdan çıxaraq, ispan müstəmləkə qoşunlarına əsgər olaraq qoşulur. Əsgərlik xidməti yağ-bal deyildi, lakin əvəzində başı üzərində qalmağa yer, quru paltar və sabit çörək verilirdi.

Kişi qılığına girib istədiyini edən QADIN: qardaşı ilə... - FOTOLARDaha bir maraqlı fakt budur ki, Arakuan müharibəsi zamanı (ispaniya əsgərləri və çili yerliləri arasında) Katalina Eraso bir neçə kapitanın başçılığı altında vuruşmuşdu. O, kapitanlardan biri də, onun doğma qardaşı idi! Qardaşı təbii ki, bunu heç vaxt bilmədi. Katalina qəsdən onun gözlərinə görünməməyə çalışırdı: qəfil görüş onun ifşası idi, və əlbəttə ki, hərbi karyerasının sonu olardı. Ona isə kişilərlə bərabər döyüşmək çox xoşuna gəlirdi.

Katalina soyuq və odlu silahdan çox gözəl istifadə edə bilirdi, döyüşlərdə igidlik göstərirdi. Bir dəfə hətta hinduların əlinə keçən bayrağı qaytarmağa müvəffəq olmuşdu. Başqa sözlə, ordunu rüsvayçılıqdan xilas etmişdi.

Bu şücaətinə görə Katalina leytenant olur. Döyüşlərin birində qılınc zərbəsi ilə düşmənini öldürür, amma özü də ağır yaralanır. Ciddi xəsarət onu Yepiskop Aqustin de Karvaxalın yanına aparır. Nəhayət, keşişə hər şeyi etiraf etmək qərarına gələn Katalina onun bağışlanmasından sonra öz hərbi karyerasını bitirir və monastırda məskunlaşır.
Kişi qılığına girib istədiyini edən QADIN: qardaşı ilə... - FOTOLARO, 1624-ci ildə İspaniyaya köçür, orada onu milli qəhrəman kimi qarşılayırlar. Bütün Kadis əhli "rahibə-leytenant"ı qeyri-adi qarşılamaq üçün toplaşır. İspaniya kralı IV Filipp Madriddə onu qəbul edir və sanballı pensiya təyin edir. Sonradan Romada Katalina papa VIII Urban ilə görüşür, etdiyi bütün günahlara görə ondan bağışlanma istəyir. Papa bütün günahlarını bağışlayır və ölənə kimi kişi paltarı geyinməyə icazə verir.

Əfsanəvi qadın-istilaçı bundan sonra 25 il ömür sürdü. Amma daha əlinə heç vaxt silah almadı. Ömrünün sonunda o, Amerikaya – gəncliyinin gərgin keçdiyi yerlərə qayıdır və 1650-ci vəfat edir.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6074   Tarix: 22 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068