Azərbaycanda ət bahalaşır – QOYUNLAR ƏRƏB ÖLKƏLƏRİNƏ SATILIR?

Azərbaycanda ət bahalaşır – QOYUNLAR ƏRƏB ÖLKƏLƏRİNƏ SATILIR?Təxminən 2 ay əvvəl 1 manat - 1 manat 50 qəpik ucuzlaşan ət yenidən bahalaşıb. Belə ki, Bakıda mal əti 11 manat 50 qəpik, qoyun əti 12 manat, quzu əti 13 manata təklif edilir.

Azərbaycanda ətin – konkret olaraq qoyun ətinin bahalaşmasına "ərəb faktoru"nun da təsir etdiyi bildirilir. Bəzi məlumatlara görə, son vaxtlar Azərbaycana tez-tez səfər edən zəngin ərəb şeyxləri və şahzadələri burada yedikləri qoyun ətini ölkələrindəki ətlə müqayisə edərək, belə qənaətə gəliblər ki, azərbaycanlıların təklif etdikləri ət daha dadlıdır. Və bundan sonra onların Azərbaycandan ərəb ölkələrinə qoyun ixrac etmək qərarına gəldikləri bildirilir.
Qeyri-rəsmi məlumatlara görə, ərəblər Azərbaycanda qoyun alış-verişi işinə girişməsi ətin qiymətinə təsirsiz ötüşməyib.

Xatırladaq ki, ötən ilin sentyabr-oktyabr aylarında Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun oğlu- Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktum və onun 100-ə yaxın adamı ov etmək üçün Azərbaycana gəlmişdi.

Buna qədər isə ərəblər 2015-ci ilin mart ayında da Saatlı və İmişli rayonlarında, Mil düzündə - Kür-Araz ovalığının cənub-qərb hissəsindəki ovalıqlarda dincəlmişdilər. O zamankı ov həvəskarları keçmiş Qətər əmiri Şeyx Hamad bin Xəlifə əl-Taninin oğlanları və ya Qətərin indiki əmiri Şeyx Tamim bin Hamad əl-Taninin qardaşları olmuşdu. Həmin vaxt ərəb şeyxləri ov zamanı Saatlı rayonu ərazisində, Mil düzündə çadırlar quraraq orada qalırdılar. Yerli təbiət və sadə kənd adamları zəngin ərəblərə o dərəcədə xoş təsir bağışlamışdı ki, onlar burada hətta torpaq sahəsi almaq fikrində olduqlarını da dilə gətirmişdilər.

Pulunu ödəyib yer kiraləyən, ov ovlayan, quş quşlayan ərəb şeyxləri Azərbaycanda yedikləri qoyun ətinin dadına da doya bilməyiblər. Elə bu səbəbdən də bu ilin aprel ayından qoyunları ərəb ölkələrinə ixrac etməyə başlayıblar. Bu ixrac əməliyyatlarının nəticəsində Azərbaycanda qoyuna tələbat artıb və qiymət avtomatik bahalaşıb.

"Qoyunlar ərəb ölkələrinə sınaq məqsədilə aparılır"

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev açıqlama verib. Nazirlik rəsmisi deyib ki, təkcə ərəblər yox, ölkəmizə gələn bütün qonaqlar Azərbaycan ətinin dadını bəyənir:
"Amma qoyunların və qoyun ətinin ixrac olunması sırf kommersiya məsələsidir və rentabellik baxımından da əlverişlidir. Hazırda ola bilsin ki, qoyun əti kiçik partiyalarla, sınaq məqsədilə ərəb ölkələrinə ixrac olunub. Amma kütləvi qaydada ərəb ölkələrinə qoyun ixracı yoxdur. Bəlkə kimsə müəyyən səbəblərdən, yol xərclərini hesablamaq üçün aparıb. Bu, istisna edilmir".

Qoyun ətinin bahalaşmasına gəlincə, nazirlik rəsmisi deyib ki, payızdan bəri qoyun ətinin qiyməti eyni tempdədir:

"Hazırda körpə quzu əti satışa çıxarılıb. Onların əti də həmişə digər yaşlı qoyunların ətindən 1-1,5 manat fərqli olur. Hesab edin ki, fevral ayında doğulmuş quzu artıq kəsilmək üçün istifadə olunur. Onun da qiyməti normal olaraq bahadır. Bu hər zaman belə olub".
"Ərəblərin alıcılıq qabiliyyəti yüksəkdir"
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, Azərbaycan ətə olan tələbatını ödəyə bilmir:

"Yerli ət istehsalı tələbatın cəmi 38 faizini ödəyir. Adambaşına təxminən 10 kiloqram toyuq əti, 10 kiloqram mal əti, 10 kiloqram qoyun əti düşür. Halbuki adambaşına tələbat normaya uyğun olaraq 84 kiloqramdır. Biz bunun yalnız 30 kiloqramını təmin edə bilirik. Son vaxtlar ət və ət məhsulları, həm də kəsim üçün diri heyvan idxalı artıb. Burada söhbət qoyun, keçi və iribuynuzlu mal-qaradan gedir".

Ekspert deyib ki, ərəblərin Azərbaycandakı qoyun ətinə marağı başadüşüləndir:

"Ərəblərin bizdən fərqli olaraq alıcılıq qabiliyyəti yüksəkdir. Bizdə mal ətinin qiyməti qalxıb 11 manat 50 qəpiyə, qoyun əti 11-12 manatdır.

Bizdə alıcılıq qabiliyyəti və ət istehlakçılarının sayı get-gedə azalır. Eyni zamanda un, çörək istehsalı azalıb. Bu da əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsilə bağlıdır. Əvvəllər borca çörək ala bilənlərə indi borca çörək də verilmir. Əgər bizdə alıcılıq qabiliyyəti yüksək olarsa, ət çatışmazlığı o dəqiqə özün büruzə verər. Ətin qiyməti kəskin şəkildə artar. Demirəm indi ət ucuzdur. Hazırda Azərbaycanda alıcılıq qabiliyyəti aşağıdır, ərəb ölkələrində yüksəkdir. Ona görə də ət yüksək dəyər verilən ölkəyə gedir. Hər zaman belə olub ki, yüksək kalorili məhsullar varlı ölkələrə göndərilib".

mənbə: modern.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1907   Tarix: 21 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988