Tağı Əhmədova vəzifə verildi

Tağı Əhmədova vəzifə verildiYeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi "Əməkdar mühəndis", Texnika elmləri namizədi, "Şöhrət" ordenli Tağı Əhmədov..

Göründüyü kimi, onu təqdim edərkən müxtəlif titullardan istifadə etmək mümkündür. Həyatının 44 ilini Bakı metropolitenində çalışmış, 16 ilə qədərini bu qurumun rəisi işləmiş Tağı Əhmədovu artıq fərqli formada da təqdim etmək mümkün olacaq.

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov həm müəllim, həm də kafedra müdiridir.
Tağı Əhmədov Azərbaycan Memarlıq və İnşaat Universitetində dərs deməklə yanaşı, buradakı Nəqliyyat fakültəsində "Nəqliyyat tikintisi və Yol hərəkətinin təşkili" kafedrasının müdiridir.

Universitetin mətbuat katibi Nəcibə Mirzəyeva modern.az saytına bildirib ki, sabiq rəis artıq 20 ilə yaxındır, universitetdə müəllim kimi fəaliyyət göstərir. Lakin bir ildən az müddətdir ki, kafedra müdiri vəzifəsinə təyin edilib. Amma indiyədək geniş ictimaiyyət bu haqda məlumatlı olmayıb.
Qeyd edək ki, Tağı Əhmədov 1997-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantıdır.
"Fəxri Dəmiryolçu", "Bakı meropoliteni veteranı" döş nişanları, "Şöhrət" ordeni və "Azərbaycan Resbulikasının Əməkdar mühəndisi" fəxri adı və nişanı ilə təltif edilib. 2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür. Bakı Metropolitenini dünya standartlarına çatdırılması sahəsində xidmətlərə görə "Qızıl Buta" müstəqil milli mükafatına layiq görülüb.

2012-ci ildə ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6294   Tarix: 19 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

26.04.2024 522
.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

26.04.2024 583
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

26.04.2024 104
.

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC məlumat yayıb

26.04.2024 158
.

Çin taikonavtlarını daşıyan Şinkou-18 gəmisi kosmik stansiyaya çatıb

Çin taikonavtlarını daşıyan Şinkou-18 gəmisi kosmik stansiyaya çatıb. xəbər verir ki, Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) verdiyi açıqlamaya görə, taykonavtlar Yi Quanqfu, Li Konq və Li Quanqsunu daşıyan Shincou-18 kosmik gəmisi kosmik stansiyanın əsas modulu ilə birləşib. Təxminən 6 saa

26.04.2024 0
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

26.04.2024 187
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26.04.2024 0
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26.04.2024 202
.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26.04.2024 0