Azərbaycanda ən çox izlənilən telekanallar - SİYAHI

Azərbaycanda ən çox izlənilən telekanallar - SİYAHIAzərbaycanda ən çox izlənilən kanalların adları bilinib.

BiG.AZ-ın məlumatına görə, trend.az bununla bağlı analitik yazı yayımlayıb. Yerli kanallarımızda nəticələr belədir:

Azərbaycanda ən çox izlənilən telekanallar - SİYAHIYerli kanallardan ATV liderliyini qorumaqda davam edir, 28451 saat. Ümumi 200 kanallıq siyahımızda ATV 2-ci, Xəzər TV isə 3-cü yeri tutsa da aralarında təxminən 10000 izlənmə saatı fərq var. Xatırladım ki, keçən ay bu fərq bir qədər çox, 12000 saat təşkil edirdi. Ümumi siyahıda 10 cu, yerli kanalların sırasında isə AZTV-nin 3-cü olması, və may ayı 9075 saat izlənmə göstəricisinə malik olmasının bir-neçə səbəbi var ki, onlar barədə mən ötən yazıda artıq yazmışdım. Bu ay yerli kanalların 4-cüsü isə 6542 saatla ARB TV-ni üstələməyi bacaran İdman Azərbcaycan olub. Şübhəsiz ki, 4-cü İslam Həmrəylik Oyunlarının bu kanalda yayımlanması nəticəyə təsir göstərib. Ardınca isə elə təxminən eyni göstərici ilə, (6542 izlənmə saatı) İctimai TV qərarlaşıb. ARB TV bu ay yerli kanalların siyahısında düz iki pillə geriləyərək yalnız 6-cı yerdə qərarlaşıb, 6164 saat. Kanalın ümumi siyahıdakı yeri isə 16-cıdır. Lakin onu qeyd edim ki, İdman Azərbaycan, İctimai TV və ARB TV may ayı az-çox eyni izlənmə saatı toplayıblar, hər biri 6000-dən bir qədər çox. 7-ci yerli kanal isə, Space TV-dir, 5470 izlənmə saatı ilə. Lider TV, Mədəniyyət və digərləri isə daha az izləniblər. Mədəniyyət kanalı ümumiyyətlə, aprel ayı olduğu kimi daha aşağı sırada ola bilərdi, lakin 4-cü İslam Həmrəylik Oyunlarının futbol üzrə final oyunu bu kanalda yayımlandığından may ayının nəticələri bir qədər çox olub. Məhz bunun sayəsində deyərdim ki, Mədəniyyət ötən aydakı 40-cı ümumi yerindən 7 pillə irəliləyərək 33-cü olub.

Türk kanallarına gəldikdə isə, nəticələr belədir:

Azərbaycanda ən çox izlənilən telekanallar - SİYAHI*Siyhaıda FOX Türk və Kanal D yoxdur. Bu kanallar artıq Azərbaycanda yayımlanmır.

Burada ümumi siyahının lideri, aprel ayında da olduğu kimi - Star TV-dir – 35812 saat. Şübhəsiz ki, bu kanalda yayımlanan Kara Sevda serialının ölkəmizdə populyarlığının bu nəticədə rolu böyükdür. Hələ digər serialları demirəm, məsələn Cesur ve Güzel və ya Söz serialı. Acun İlıcalının kanalı, TV 8 isə ümumi siyahıda 5-ci, türk kanalları sırasında isə ötən ay olduğu kimi, 2-ci olaraq qalır - elə təxminən 2 dəfə daha az saatla, 17841. TV 8 bu nəticəyə görə yəqin ki, Survivor proqramına minnətdar olmalıdır. Ümumiyyətlə, TV8 şou kanalıdır. Burada hər zaman maraqlı şoular olur, O səs Türkiyə və Yetenek Sizsiniz də vaxtaşırı bu kanalda yayımlanır. Amma ola bilər ki, digər faktorlar da var. Bir qədər daha az izlənmə saatı ilə, ümumi siyahıda 6-cı, türk kanalları sırasında isə 3-cü olan, ATV Türk qərarlaşıb – 17003 saat. Burada da yenə də möhtəşəm türk seriallarının rolu danılmazdır. Məsələn elə həmin Eşkiya Dünyaya Hökümdar Olmaz və ya Kırqın çiçekler. Ardıcıllıqla, ümumi siyahıda 7-ci Türk kanalları sırasında isə 4-cü, Show TV-dir – 14621 saat. Bu kanalda İçerde serialı yayımlanır və populyarlıq yığmaqdadır. Digər türk kanalları isə bu 4-lükdən çox geri qalır. Ən yaxını Kanal 7-dir ki, o da cəmi 6278 saatla ümumi siyahıda 15-ci yerdədir.

Rus kanallarına baxdıqda isə nəticələr belədir:

Azərbaycanda ən çox izlənilən telekanallar - SİYAHIRus kanalları ayrı ayrılıqda əsas türk kanallarına nisbətən az baxılırlar. Lakin ümumi baxsaq siyahımızın ilk 20 rus kanalının hər biri 3000 saatdan çox baxılıb, türk kanallarından isə bu göstəriciyə yalnız 7 kanal malikdir. Buradan nəticə çıxarmaq olar ki, türk kanalları əsasən geniş kütləyə yönəliblər, rus kanalları isə daha çox spesifikdirlər.

Ötən ay olduğu kimi, ən çox baxılan tus kanalı, 1-й Канал olaraq qalır – 17891 saat. Bu isə ümumi siyahıda 4-cü yer deməkdir. Digər rus kanallarının izlənmə saatları isə daha azdır. Siyahımızın ikinci rus kanalı, НТВ, 9577 saat baxılıb və ümumi siyahıda 8-cidir. Ardınca isə siyahıda 3-cü rus kanalı, Россия 1-dir, 9468 saat. Daha populyar hesab etdiyim, ТНТ və СТС kanalları isə, ümumi siyahıda ardıcıl olaraq 11 və 12-cidilər. Hər biri təxminən 8000 - 7000 saat baxılıb.

Ötən ay olduğu kimi bu ayda uşaq kanalları, TOP-larda olmasalar da hər 3 dil kateqoriyasında orta yerlərini qoruyurlar. Uşaq kanalların cədvəli belədir:

Azərbaycanda ən çox izlənilən telekanallar - SİYAHITOP 10 uşaq kanalları sırasında 6 rus, 3 türk və 1 Azərbaycan kanalı var. May ayının ən baxımlı uşaq kanalı rusdilli Nick Jr olub, 5784 saat. Ötən ayın birincisi rusdilli Nickelodeon isə cüzi fərq ilə, uşaq kanalları sırasında ikincidir, 5728 saat. Türk dilində olan ən baxımlı uşaq kanalı isə bu ay TRT Çocuk olub, 5549 saat. Siyahıda növbəti uşaq kanalları isə müvafiq olaraq 3828, 3799, 3712 saat ilə Cartoon Network, Disney Rus və Карусель qərarlaşıblar. Daha sonra isə 1875, 1419, 1380 saat ilə Tiji, Planet Çocuk və Minika Çocuk kanalları yer alırlar. Top 10 Uşaq kanalları siyahısını isə doğma dilimizdə yayımlanan ARB Günəş kanalı qapayır, 1378 səs.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3900   Tarix: 15 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bloomberg: "2026-cı ildə qızılın qiyməti sürətlə bahalaşacaq"

Bloomberg-in analitiklərinə istinadən yayılan məlumatda bildirilir ki, 2026-cı ildə qlobal qeyri-müəyyənliklər və geosiyasi risklərin artması fonunda qızılın qiyməti kəskin şəkildə yüksələcək. BİG.AZ Bloomberg-ə istinadən xəbər verir ki, hesabata görə, mərkəzi bankların dollar ehtiyatlarını azaltmas

16:37 192
.

"Nə? Harada? Nə zaman?" oyunu üzrə VIII Azərbaycan Çempionatı keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi, Xəzər İntellektual Gənclər Klubu, Atəşgah İntellektual Oyunlar Klubu və Gənc Könüllülər İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə VII Azərbaycan Çempionat

11:59 148
.

Türkiyənin hər yerində Bibliyada deyilən nəhəng torpaq çökəklikləri yaranır

Türkiyənin müxtəlif bölgələrində torpağın iri miqyaslı çökmələri getdikcə daha tez-tez müşahidə olunur. Bu çökəkliklərin bəzilərinin dərinliyi onlarla, hətta yüzlərlə metrə çatır. Ən xurafatçı insanlar bunu ali qüvvələrin əlaməti kimi dəyərləndirir və hətta Bibliya peyğəmbərliklərini xatırladırlar. Laki

11:40 461
.

Sabah bəzi yollar buz bağlayacaq

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, dekabrın 16-da gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var

17:00 191
.

"2026-cı il Azərbaycanda böhranın başlanğıcı olacaq"- iqtisadçı NATİQ CƏFƏRLİ

Hər il ölkədə minimum əmək haqqı artsada, bu il heç bir artım olmadı. Ölkədə ərzaq qiymətləri sözün əsl mənasında hər gün artır. Bir müddət bundan əvvəl ictimai nəqliyyatda qiymət artımı baş verdi. Hökümət artıq yanvar ayından kommunal xidmətlərin artacağını anons edib. Bütün bunların fonunda isə maa

15:35 395
.

Prezident onlara ali hərbi və ali xüsusi rütbələr verdi - Adlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, FHN-in aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib:. "general-leytenant"

16:06 216
.

"Express Lounge" qeydiyyatsız işləyirmiş... - Fotolar

Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 202A ünvanında yerləşən, fiziki şəxs Ağayev Fərid Qabil oğluna məxsus "Express Lounge" ictimai iaşə obyektində yoxlama keçirilib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirili

17:19 160
.

Ramaldanovun qəzaya düşən qohumlarının vəziyyəti necədir?

Qusarın Yuxarı Ləgər kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Qusar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, ötən gün saat 15:00 radələrində Qusar rayonu ərazisində ba

11:11 457
.

Rusiyayönlü siyasət Avropada narahatlıq yaratdı

Macarıstanın baş naziri Viktor Orbanın siyasi baxışları və mövqeyi Avropa Birliyindən (AB) daha çox Moskva ilə yaxınlıq təşkil edir. xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Britaniyanın Sky News telekanalına açıqlamasında Polşanın ədliyyə naziri Valdemar Žurek səsləndirib. "Bu gü

18:30 101
.

TOP MP3