Azərbaycanlı məşhurlar yayda harada istirahət edəcəklər? - SORĞU

Azərbaycanlı məşhurlar yayda harada istirahət edəcəklər? - SORĞU"ARB Ulduz"un "Şou məkan" verilişi məşhurlar arasında sorğu keçirib.

Tanınmış simalar ilin yorğunluğunu və stresini atıb dincəlmək üçün yayda hansı ölkələrə, hansı məkanlara üz tutacaqlar?

Nazənin: "Hər il olduğu kimi Türkiyədə istirahət edəcəyik. Balaca çox sevir oranı. İndidən oranın xəyalı ilə yaşayır. Düşünürəm ki, təxminən iki həftə Türkiyədə gəzmək onun haqqıdır".

Səlim Abbasov: "Qismət olsa, işlərim var, alınsa, Kipr, Gürcüstan və Türkiyəyə getmək fikrim var. Üçündən birinə gedib orda dincələcəm".

Türkiyəni seçənlərin bir qismi isə həm yaxınlıq, həm də dil amilini əsas gətirərək, burda dincəlməyə üstünlük verdiklərini söyləyiblər.

Elton Hüseynəliyev: "Türkiyədə istirahət edəcəyik. Hara gedirsən olursan lal insan. Dil bilmirsən. Yəqin ki, Bodruma gedərik".

Vasif Məhərrəmli: "Bilirsiniz ki, bizə ən yaxın Türkiyədir. Dini dinimizdən, dili dilimizdən, kökü kökümüzdəndir. Orda özümü rahat hiss etdiyim üçün həmişə mən Türkiyəyə üz tuturam. Dostum Ədalətlə uzaq bir ölkəyə getmək planımız da var. Yəqin ki sentyabrda".

Elton və Vasif Məhərrəmlidən fərqli olaraq, Namiq Qaraçuxurlu Avropa ölkələrinə getmək niyyətindədir. Türkiyə üçün isə hələlik heç bir planı yoxdur:

Namiq Qaraçuxurlu: "Yəqin ki Avropaya gedərəm. Türkiyə mənə maraqlı gəlmir. Elə bil ki, Azərbaycandasan. Bir-iki dəfə getdim, gördüm. Nə isə maraqlı gəlmir".

Yay istirahətini Azərbaycanın gəzməli-görməli yerlərində və ya doğulduğu ata-baba yurdunda keçirməyi planlaşdıran məşhurlar da az deyil:

Rüfət Axundov: "Doğma Azərbaycanımızda bu gün turizm inkişaf edib. Dəfələrlə həm xaricdə, həm də ölkəmizin otellərində olmuşam. Eynidir. Yəqin ki, 95 faiz doğma Azərbaycanımızda istirahət edəcəyəm".

Abdul Xalid: "15-20 gün gedib Tovuzda istirahət edəcəyəm. Bu, öz yerində. Mənim Dubayım, Alanyam Tovuzdur".

Pərvin Lətifov: "Gedəcəm rayona, atamın, anamın yanına. Mənim üçün ondan gözəl istirahət ola bilməz. Böyüdüyüm kəndin torpaqlı yollarında gəzəcəm, balıq tutacam, quzularla oynayacam, ağaca çıxacam".

Emil Bədəlov: "Övladım dünyaya gələcək deyə, başım ora qatışacaq. Doğum yay ərəfələrinə təsadüf edir. Ona görə, mütləq Bakıda olmalıyam".

Rəqqasə Fatimə isə borc-xərc belə olsa tapıb, bu yay da istirahət edəcəyini söyləyib:

Fatimə: "Biz hər il deyirik ki, bu il getməyək, xərcimiz çox olub. Bir də görürsən ki, yoldaşım deyir, yığışın getdik. Nə olur olsun. Borc-xərc edib gedirik istirahətə".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2420   Tarix: 10 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690